Prezident İlham Əliyev T.A.Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb:
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Tahir Abuzər oğlu Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
İlham Əliyev digər sərəncamları ilə Sevindik Hacağa oğlu Hətəmovu Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?