Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılova qarşı irəli sürülən borc iddialarının ümumi məbləği 2 milyard 160 milyon dollardır.
gundemxeber.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə informasiya müflisləşmə barədə məlumatların vahid federal Reyestrinin saytında yerləşdirilib. İndiyədək T.İsmayılova qarşı qaldırılmış borc iddialarının cəmi 600 milyon dollara yaxın olduğu bildirilirdi. Lakin Rusiya mətbuatı yazır ki, T.İsmayılovdan borcunu istəyənlərin sayı sürətlə artıb və kreditorlar bir-birinin ardınca ona qarşı iddia qaldırıblar. Bu proses T.İsmayılovun müflis kimi tanınmasına dair məhkəməyə müraciət etməsindən sonra sürətlənib.
T.İsmaılovdan pul istəyənlərin sırasında Rusiyanın "Rostex" dövlət korporasiyasının rəhbərinin dostu olan Vitali Maşitski də əlavə olunub. İsmayılovun ona 27.5 milyon dollar borcu var.
Lakin T.İsmayılov heç kimə borc qaytarmağa hazırlaşmır, çünki rəsmən müflisdir. Ötən il dekabrın 21-də Moskva Arbitraj məhkəməsi T.İsmayılovu müflis elan edib və onun şirkətinin əmlakının hərraca çıxarılması haqda qərar verib. Lakin AST şirkətlər qrupu məhkəmədən xahiş edib ki, bu iş üzrə icraatı dayandırsın, çünki şirkətin heç bir əmlakı qalmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?