Hüquq-mühafizə orqanları mərhum xalq artisti İlhamə Quliyevanın əmlakına həbs qoyublar.
gundemxeber.az bildirir ki, bunu virtualaz.org-a xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İlhamə Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.
Ə.Mirəliyev deyib ki, İ.Quliyevanın əmlakına qoyulan həbs bütün təfərrüatlar araşdırılana qədər qüvvədə olacaq. Onun sözlərinə görə, bu, xalq artistinin özündən sonra vəsiyyətnamə qoymaması ilə bağlıdır.
İ.Quliyevanın əmlakına həbs qoyulması xəbərini virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələri də təsdiqləyiblər. Onlar, həmçinin bildiriblər ki, bütün bunlar müvafiq qaydada qeydiyyata alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?