Video müraciətində polis əməkdaşı hansı dövlət qrumunun ondan rüşvət tələb etdiyini deyir?
Prezidentin regionlarin sosial-iqtisadi inkişafi ilə bağlı keçirdiyi müşavirə zamanı səsləndirdiyi bəyanata baxmayaraq, yenə də yerlərdə məmur özbaşınalığı davam edir. Gəncə şəhər sakini, polis əməkdaşı Tağıyev İsmayıl İkram oğlu 5 aydır ki, Dövlət Torpaq Xəritəçəkmə komitəsinin Gəncə şəhər şöbəsinin sədri Fədail İsmayılovun süründürməçiliyinə məruz qaldığını deyib. Hazırda polis əməkdaşı kimi çalışan vətəndaş bildirir ki, özlərinə məxsus olan torpağın sənədləşdirilməsi üçün təqdim etikləri sənədlər 5 aydan çoxdur ki, torpaq şöbəsində saxlanılır.Ancaq onlara veriləsi olan katasdır rüşvət ucbatından yubadılır. Gəncə sakini dəfələrlə torpaq şöbəsi müdirinin qəbulunda olsa da hər dəfə onun tənqidlərinə tuş gəlmişdir: “Mən Fədail müəllimin son dəfə qəbulunda olarkən bildirdi ki, mənim kefim nə zaman istəsə o zaman da sizə katasdır verəcəm". Onun üçün də məcburiyyət qarşısında qalan Gəncə sakini aidiyyatı orqanlardan eləcə də torpaq komitəsinin rəhbəri Qərib Məmmədovdan bu cür xoşagəlməz kadrların barəsində ölçü götürülməsini tələb etməklə ölkə başçısı cənab İlham Əliyevdən aidiyyatı üzrə onların bu problemlərinin həll edilməsində köməkdarlıq etməsini xahiş edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?