Prodüser Tolik xalq artisti Aygün Kazımova haqda açıqlama verib.
gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, prodüser Aygün Kazımovanın 30 il gündəmdə qalmasına münasibət bildirib:
"İnsanlar elə bilir ki, müğənnilər gündə qara kürü yeyib, süd vannası qəbul edirlər. Amma belə deyil. Məsələn, mən sizə həyatımı danışsam, ağlayarsınız, ancaq bu günümə şükr edirəm. Aygün Kazımovanın müsahibəsini izlədim və öz-özümə dedim ki, 30 il aktuallığını qoruyub saxlamaq hər kişinin işi deyil. Lakin sən bunu bacardın, Aygün. Hamı arxanda milyonçu olduğunu zənn edir. Amma sənin özün üçün həm milyonçu, həm oliqarx olduğunu bilmirlər. Qadınlar hər zaman güclü olur. Zəhmətinin hədər getməyəcəyinə inanıram".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?