1 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya Şöbəsində müalicə alan tanınmış aşıq Azər Xanlaroğlunun səhhəti pisləşib.
gundemxeber.az azvision.az-a istinadən bildirir ki, aşıq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə köçürüləcək.
"Bədənimdə piylənmə dayanıb. Ayağımda olan şiş isə dayanmadan böyüyür. Buna görə də xəstəxananı dəyişmək məcburiyyətində qaldıq. Xəstəxanaya yerləşdikdən sonra növbəti müayinələr aparılacaq. Şişin artması ayağıma güclü ağrılar verir. Ağrılar o qədər dəhşətlidir ki, dözə bilmirəm" -deyə aşıq bildirib.
Qeyd edək ki, aşıq Azər 3 ildir ki, "Hepatit" xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir. Xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?