Jurnalistlər üçün bu il evlərin hansı kriteriyalara uyğun veriləcəyi hələlik məlum deyil. Bunlar müəyyənləşəndən sonra elan olunacaq və ev üçün namizəd olan jurnalistlərin siyahısı bəlli olacaq.
Bunu virtualaz.org-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
O, həmçinin vurğulayıb ki, binanın tikintisi hazırda davam edir: "Hər şey qaydasındadır. Binanın ilin sonuna təhvil verilməsi planlaşdırılır".
Məlumat üçün bildirək ki, yeni tikilən binanın 17 mərtəbəsi, 3 bloku və 255 mənzili olacaq.
2013-cü ildə jurnalistlər üçün verilən binada isə 156 mənzil olub.
Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu il iyulun 22-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?