Azərbaycan NATO-nun bütün layihələrində iştirak edir və bu məsələdə digər tərəfdaşlarından daha fəaldır.
gundemxeber.az APA-ya istinadən bildirir ki, bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu deyib.
"Biz Azərbaycan, Gürcüstan və digər ölkələrin iştirak edə biləcəyi hərbi treninqlər haqqında da düşünürük. Azərbaycan-NATO münasibətləri həmişəki kimi möhkəm və sabitdir", - deyə o vurğulayıb.
Gürcüstanın NATO üzvlüyünə can atan ölkə olduğunu deyən U.Lahyu eyni zamanda Azərbaycan və Ermənistanın NATO-nun bütün layihələrində iştirak etdiyini diqqətə çatdırıb.
"Regiondakı əməkdaşlığımız çox möhkəm və sabitdir. Hər üç ölkə NATO ilə güclü tərəfdaşlığın qorunub saxlanmasında maraqlıdır", - deyə U. Layhu qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?