GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN-nin vəzifəli şəxslərindən hədə-qorxu, rüşvət və intihar

MTN-nin vəzifəli şəxslərindən hədə-qorxu, rüşvət və intihar

Tarix: 7-03-2016, 16:51 Bölmə :Ölkə Baxış: 0
MTN-nin vəzifəli şəxslərindən hədə-qorxu, rüşvət və intihar

MTN-nin vəzifəli şəxslərindən hədə-qorxu, rüşvət və intihar

İstintaq idarəsinin sabiq rəisi Mövlan Şıxəliyevə qarşı 380 min manatlıq rüşvət ittihamı

Ötən ilin ortasında hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində cinayətkar qrupun ifşa edilməsindən sonra çoxsaylı qanun pozuntuları, cinayət əməlləri ortayı çıxıb. Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, ntiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov; Monitorinq Mərkəzinin əməkdaşları - Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, İstintaq Baş İdarəsinin rəis müavini, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov və digər şəxslər həbs olunandan sonra çoxsaylı şikayətlər üzə çıxıb.

Bu şikayətlər arasında ən çox MTN-də istintaqı aparılan şəxslər, bu qrum tərəfindən hədə-qorxu ilə var-dövlətlərini itirən iş adamlarının adları var. Bu şəxslərin illərlə susmasına səbəb MTN şefi Eldar mahmudovun rəhbərlik etdiyi cinayətkar qrupun əməlləri olub. MTN-nin vəzifəli şəxsləri tərəfindən hədələnənlar arasında qanunsuz olaraq istintaqları aparılan çoxsaylı məhkumlar var. İndi təqdim edəyəimiz cinayət işində adı keçən şəxslərdə MTN əməkdaşları tərəfindən şərlənərək həbs edildiklərini iddia edirlər. Qeyd etdiyimiz bu cinayət işində məhkum olunan şəxslərə qanunsuz hərəkətlər MTN-in İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev tərəfindən gəlib. Məhkumlar iddia edilər ki, Mövlan Şıxəliyevə rüşvət veriblər. Iddia olunur ki, işdə adı keçən Əfsəl Həsənəliyev Orxan Abdullayev və Sərdar İsmayılivun hər birindən 100 min manat, Cahangir Məmmədovdan isə 80 min manat Mövlan Şıxəliyev rüşvət alıb.

MTN-nin tutduğu mütəşəkkil dəstə

Qaçaqmalçılıq, qanunsuz sahibkarlığa cəhd ittihamları ilə həbs olunan Polis polkovnik-leytenantı, uzun illər Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmış Əfsəl Həsənəliyev, iş adamları – Orxan Abdullayev, Sərdar İsmayılov, Elman Məsimov, Məcid Anqubazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qeyd edək ki, 20 sentyabr 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulan Əfsəl Həsənəliyev, bir gün sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı tötətmə) maddəsi ilə ittiham edilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ancaq səhhəti təcridxana şəraitində saxlanmağa imkan vermədiyindən, barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək, 19 fevral 2014-cü ildə başqa yerə getməmək şərti ilə ilə sərbəst buraxılıb.

MTN əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan Əfsəl Həsənəliyev Azərbaycan Respublikası vətəndaşları Məcid Anqubazov, Cahangir Məmmədov, Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovdan ibarət bir qrup şəxslə qabaqcadan cinayət əlaqəsinə girərək, tamah məqsədi ilə külli miqdarda dəyəri olan pirotexniki malların və “skoç” yapışqan lentinin Gürcüstandan qaçaqmalçılıq, sənədlərdən aldatma yolu ilə istifadə etməklə, gömrük nəzarətindən keçirərək Azərbaycana gətirməkdə ittiham olunublar.

İstintaqın gəldiyi nəticəyə görə, 2013-cü ilin sentyabr ayının əvvəlində ailəvı dostlarının yaxın qohumu Məcid Anqubazov ondan Gürcüstanda olan “TIR” yük avtomobilinin yarısı həcmində “skoc”dan ibarət malın Azərbaycana gətirilməsinə kömək göstərməyi xahiş edib. O da bununla bağlı karqo daşımaları şirkəti olan dostu, Cahangir Məmmədovla əlaqə saxlayıb. Həmin vaxt Gürcüstanda olan Cahangir Məmmədov, yükün Azərbaycana göndərilməsini təşkil etməyə razılıq verib.

Məcid Anqubazovun təkidli xahişi ilə Ə.Həsənəliyev də öz maşını ilə Gürcüstana gedib. Ancaq Gürcüstanda Ə.Həsənəliyevə məlum olur ki,

mal Məcid Anqubazovun deyil, bir başqasınındır. Elə cinayət işində adları keçən Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovu da Ə.Həsənəliyevlə Məcid Anqubazov tanış edir. Orxan Abdullayev və Sərdar İsmayılov Ə.Həsənəliyevin maşınında Tiflisə gedirlər. Məlum olur ki, həmin şəxslər Gürcüstan vətəndaşı Karlo Katrikadzeyə məxsus malları Məcid Anqubazovun köməkliyi ilə Azərbaycana keçirməkdə vasitəçilik edirlərmiş.

Daha sonra o da məlum olur ki, M. Anqubazov və dostları Azərbaycana yalnız “skoc” deyil, həm də xeyli miqdarda “pirotexnika” da keçirmək istəyirlər. Ə.Həsənəliyev bunu bildikdən sonra həmin malların Azərbaycanda qadağan edildiyini və aparılmasının qeyri-mümkün olduğunu bildirib. Eyni sözü Gürcüstanda görüşdükləri Cahangir Məmmədov da söyləyib.

İş adamları niyə şərti cəza alıb?

İstintaq sonda təqsirləndirilən şəxslərə ittiham verib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı tötətmə) və 29, 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq etmək) maddələri ilə ittiham ediliblər. Onların barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Birinci instansiyada məhkəmə prosesi 2014-cü ildə, hakim Kəramət Əliyevin sədrlik etdiyi kollegiyada keçirilib. Məhkəmənin 22 sentyabr 2014-cü il tarixli hökmü ilə Əfsəl Həsənəliyev, Məcid Anqubazov, Cahangir Məmmədov, Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Cəza və vaxtında veriləməyən şikayət

Məhkəmənin hökmü ilə Əfsəl Həsənəliyev, Məcid Anqubazov 3 il 11 ay 20 gün, Cahangir Məmmədov 3 il, Elman Məsimov 3 il 11 ay, 21 gün, Orxan Abdullayev 4 il 7 ay 1 gün, Sərdar İsmayılov 5 il 7 ay 6 gün

müddətinə şərti cəza alıblar. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Hökmdən məhkumlar tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə 1 il 2 aydan sonra apelyasiya şikayəti verilib. Onlar ərizələri ilə həmçinin apelyasiya şikayəti verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi xahiş ediblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2015-ci il tarixli qərarı ilə məhkumların apelyasiya şikayətləri vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətləri təmin edilməyib. Sözügedən məhkəmə qərardan məhkumlar tərəfindən apelyasiya şikayətləri verilib.

MTN-dən gələn hədə

Apelyasiya şikayətləri ümumən belə əsaslandırılıb ki, məhkəmənin çıxardığı hökm qanunsuz və əsassızdır. Lakin MTN işçilərindən gələn hədə qorxularından çəkiniblər və vaxtında apelyasiya şikayətləri verə bilməyiblər.

Onların apelyasiya şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Əfsəl Həsənəliyev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini müdafiə edib. O, şikayətinin təmin edilməsini xahiş edib. Əfsəl Həsənəliyev əlavə olaraq qeyd edib ki, MTN əməkdaşlarının qanunsuz hərəkətlərindən, onlara olan təzyiqlərdən çəkindikləri üçün vaxtında məhkəmə hökmünü mübahisələndirməyiblər: “Lakin son vaxtlar respublikada MTN-lə bağlı, onun əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı aparılan araşdırmalardan sonra şikayət vermək, məhkəmə hökmünü mübahisələndirmək qərarına gəldik. Əgər müddət bərpa olunaraq işə yenidən baxılarsa, çoxsaylı qanun pozuntuları ortaya çıxar”.

Orxan Abdullayev, Sərdar İsmayılov, Elman Məsimov və Məcid Anqubazov də Əfsəl Həsənəliyevin göstərdikləri ilə razılaşıblar. Onlarda MTN əməkdaşlarından qorxub və çəkindikləri üçün şikayət

vermədiklərini, hazırda şikayət vermək üçün imkan yarandığını qeyd ediiblər. Onlart birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, şikayətlərinin təmin edilməsini istəyiblər.

Prokuror ittihamları necə cavablandırdı?

Dövlət ittihamçısı Qalib Rizvanov bildirib ki, apelyasiya şikayətləri verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair məhkumların vəsatətlərinin dəlilləri tamamilə əsassızdır: “Belə ki, cinayət prosessual qanunvericiliyə görə hökmdən onun elan olunduğu andan 20 gün müddətində şikayət və ya protest verilə bilər. Hökm hər bir məhkum tərəfindən dinlənilib, onlar və vəkilləri tərəfindən vaxtında alınıb, işdə hökmün vaxtında alınmasına dair rəsmi sənədlər var. Həmçinin artıq hökm icra üçün də göndərilib və icra edilir. Məhkumlar və onların vəkilləri hüquqlarından qanunla nəzərdə tutulan müddətdə istifadə etməyiblər. Məhkumların qorxub-çəkindikləri üçün hökmdən apelyasiya şikayəti verməmələrinə dair hazırda göstərdikləri dəlillər də tam əsassızdır. Belə ki, iş materiallarından görünür ki, onların işin gedişatı ilə bağlı çoxsaylı şikayətləri müxtəlif dövlət orqanlarına ünvanlanıb və həmin ərizələr üzrə araşdırmalarar aparılıb. Hazırkı dəlillər şikayətlərin təmin edilməsi üçün əsas hesab oluna bilməz. Odur ki, şikayətlərin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, məhkum olunmuş şəxslərin apelyasiya şikayətlərinin verilməsi barədə verdikləri vəsatətin təmin olunmaması ilə bağlı apelyasiya şikayətləti rədd edilib.

80 min manat borca düşdü və intihar etdi

Qeyd edək ki, cinayət işində adı keçən Cahangir Məmmədov 2015-ci ilin iyulun 13-də intihar edib. Onun intihar etməsinə səbəb MTN tərəfindən saxlanılması zamanı çoxlu borcü düşməsi olub.

Məlum olur ki, MTN-nin bir qrup yüksək rütbəli əməkdaşı Gürcüstandan Azərbaycan vasitəsilə İrana qanuni şəkildə mal aparmaq istəyən şəxsləri qaçaqmalçı adı ilə həbs edərək, külli miqdarda rüşvət alıblar. Elə bu məqsədlə MTN-in yüksək rütbəli əməkdaşları tərəfindən Məcid Anqubazov adlı şəxs, necə deyərlər, “tələyə salmaq” üçün onlara yaxınlaşıb. Bundan sonra 80 min manat borca düşən Cahangir Məmmədov çıxış yolunu intihar etməkdə görüb.

“Məndən 10 min manat rüşvət istədilər”

Onu da xatırladaq ki, Əfsəl Həsənəliyev MTN-də başına gələnlərdən danşıb: “2013-cü ilin sentyabrında mən, Cahangir Məmmədov, Məcid Anqubazov, Orxan və Sərdar adlı tanışlarımla Balakəndən Tbilisiyə "skoç" (yapışqanlı lent - red.) gətirmək üçün getdik. Orda Məcid Anqubazov dedi ki, burda pirotexniki maddələr var, onları da aparmaq olar. Onu qeyd edim ki, biz malı Gürcüstandan İrana aparacaqdıq. Gürcüstan gömrüyündə bütün sənədləşmə işlərini həll etdik. Bəyannamədə qeyd olundu ki, yük pirotexniki maddə və “skoç”dan ibarətdir. Azərbaycanda da gömrük prosedurlarını keçdik. Yükdə pirotexniki maddə olduğu üçün İran sərhədinə qədər bizi iki gömrük müfəttişi də müşayiət edirdi. İran sərhədinə doğru gedəndə MTN əməkdaşları bizi saxlayıb, qanunsuz yük daşıdığımızı, qaçaqmalçılıqla məşğul olduğumuzu dedilər. Bildirdilər ki, artıq cinayət işi də başlanılıb. Biz gömrük bəyannaməsini göstərdik, gömrük müfəttişləri də yükdə problem olmadığını təsdiqlədilər. Açıb yükə baxdılar, bəyannamədə qeyd olunan mallardan başqa heç nə tapmadılar. Buna baxmayaraq, bizi birbaşa MTN-ə aparıb həbsə atdılar”.

Keçmiş polis əməkdaşı bildirib ki, onu 4 ay 29 gün həbsdə saxlayıblar: “Məndən 100 000 manat rüşvət istədilər. Vəkilim də şahiddir. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi "Unibank"a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. İndi o pulu da qaytara bilmirəm, dilənçi vəziyyətindəyəm”.

Ə. Həsənəliyev bildirib ki, onlar həbsdə olan vaxt hətta vəkilinin müraciəti ilə Dövlət Gömrük Komitəsi sahibkarların saxlanılmasının qanundankənar olduğunu bildirən etiraz məktubu da göndərib. Ə. Həsənəliyevin vəkilinin təqdim etdiyi iş materiallarında bu məktub da öz əksini tapıb. Lakin bu da işə yaramayıb. Bizdən pulu tələb edənlər deyirdilər ki, bunu yuxarı rəhbərliyin tapşırığı ilə edirlər”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Keçmiş MTN generallarının məhkəməsi təxirə salınıb

    Keçmiş MTN generallarının məhkəməsi təxirə salınıb ...

    20-06-2019, 12:41

  • 
  • Keçmiş MTN generallarının apellyasiya şikayəti təmin edilməyib

    Keçmiş MTN generallarının apellyasiya şikayəti ...

    11-02-2019, 11:06

  • 
  • MTN generalları yenidən hakim qarşısında... - GİLEY

    MTN generalları yenidən hakim qarşısında... - ...

    18-10-2018, 13:58

  • 
  • Həbsdə olan MTN generalları üçün ayrıca bina niyə tikilib?

    Həbsdə olan MTN generalları üçün ayrıca bina niyə ...

    29-06-2018, 11:23

  • 
  • Generala mənfi xasiyyətnamə verilib - MƏHKƏMƏ

    Generala mənfi xasiyyətnamə verilib - MƏHKƏMƏ ...

    31-10-2018, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu