GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » AZAL PREZIDENTI CAHANGIR ƏSGƏROVUN QIZLARLA – FOTOSU

AZAL PREZIDENTI CAHANGIR ƏSGƏROVUN QIZLARLA – FOTOSU

Tarix: 10-03-2016, 23:46 Bölmə :Ölkə Baxış: 0
AZAL PREZIDENTI CAHANGIR ƏSGƏROVUN QIZLARLA – FOTOSU

Əhalisinin çoxunun ehtiyac içində yaşadığı Azərbaycanda oliqarx-məmurların inanılmaz eyş-işrət və əyləncələri barədə dəfələrlə deyilib və yazılıb.

Amma AZAL prezidenti Cahangir Əsgərovun özünə icazə verdiyi əyləncənin qiyməti sadəcə heyrət doğurur. Bu əyləncə öz dəyərinə görə hətta Milli Bankın sədri Elman Rüstəmovun Bakı ətrafındakı super bahalı qolf meydançasını da kölgədə qoymaq gücündədir. Belə ki, ölkənin baş aviatoru “gərgin işdən” sonra dincəlmək, stress atıb əsəblərini sakitləşdirmək üçün təkcə bir əyləncəsinə 25 milyon xərcləməyə xəsislik etməyib. Söhbət onun Şüvəlandakı şəxsi zooparkından gedir.

Bu məlumat bizə hakimiyyətə yaxın qaynaqlardan daxil olub. Mənbəmiz həm öz bilgilərinə, həm də yerli mətbuatda dərc olunmuş informasiyalara əsaslanaraq həmin qiymətli heyvanat bağçası haqda danışıb. Onun dediklərindən: “Ekzotik əyləncələrin, uzaq yerlərə, adalara səyahətlərin AZAL prezidentinin zəif yeri olduğu hamıya məlumdur. Onun Şüvəlandakı şəxsi zooparkı da bu aludəçiliyin məhsuludur. Həmin heyvanat bağçası 7 hektarlıq bir ərazidə salınıb. Bu qeyri-adi əyləncə və istirahət məkanının araya-ərsəyə gəlməsinə bir neçə il vaxt və milyonlar sərf olunub. Zooparkın layihəsi Bakıdakı dizayn studiyalarından biri tərəfindən hazırlanıb. Zoopark AZAL prezidentinin istəyi ilə Afrikadakı məşhur milli parkların – Tanzaniya və Keniya milli parklarının, açıq səma altındakı bu bənzərsiz təbiət qoruqlarının landşaft və aurasının eynisidir. Həmin dizayn studiyasının əməkdaşları Afrika təbii-coğrafi mühitinin bir parçasını Şüvəlana köçürmək üçün AZAL-ın çarter reysləri ilə bir neçə dəfə Tanzaniya və Keniya milli parklarına ezam olunublar. Orada müşahidələr apararaq Bakıdakı özəl zooparkı necə qurmağın yollarını öyrəniblər. Təkcə layihələndirmə işlərinə 200 min dollardan çox – 170 min manat vəsait xərclənib. Daha dəqiq desək, Əsgərov həmin studiyaya bu qədər qonorar ödəyib”.

Qaynağımızın iddiasına görə, C.Əsgərov parkın yaradılmasına xüsusi diqqət yetirib, tez-tez ora baş çəkərək işlərin gedişatı ilə tanış olub. Onun arzuladığı kimi başa gəlməsi üçün heç nəyi əsirgəməyib. Sonda da səylərinin nəticəsini görüb: “Hazırda bu parkda hər cür qeyri-adi, ekzotik, nadir canlıya, müxtəlif quş və heyvanlara rast gəlmək olar. Onların arasında hətta ”Qırmızı kitab”a düşmüş heyvan və quşlar da var”.

Qeyd edək ki, bugünlərdə yerli mətbuatda da bu haqda xəbər yayılmışdı. “Qazeta” analitik informasiya mərkəzinin yaydığı o məlumatda deyilirdi ki, başdan-başa yaşıllığın içində olan bu heyvanxananın bir tərəfi Xəzər dənizinə açılır. Həmin heyvanxananın ümumi qiyməti isə 25 milyon dollara yaxındır. Zoopark sahibi istirahət günləri öz yaxınları və dostları ilə ora istirahətə gedir. O da diqqətçəkicidir ki, bu xəbər adıçəkilən mərkəzə Nazirlər Kabinetindəki mənbə tərəfindən ötürülmüşdü. Qaynaq iddia edirdi ki, Əsgərovun zooparkında 4 baş fil, 2 baş zürafə, bir cüt şir saxlanılır.

Qaynaq isə bunlara əlavə olaraq onu da dedi ki, yazılanlar hələ harasıdır? Orada Tanzaniya və Keniyadan gətirilmiş nadir quş cinsləri, o cümlədən vəhşi Afrika ördəkləri, qızılqaz, qutan da var: “Bu quşlar Şüvəlana gətiriləndən az sonra bir neçəsi tələf olmuşdu. Müayinə zamanı məlum oldu ki, vəhşi ördəklər buranın təbiətinə və burada yediyi yemə uyğunlaşa bilmirlər. Ona görə də parkın çoxsaylı baytarlarından bir neçəsi təcili olaraq Afrikaya göndərildi. Onlar oradan gələndə özləri ilə bir təyyarə dolusu xüsusi su, bataqlıq palçığı və yalnız o bataqlıqda bitən bitkilər gətirib burada nohurlar düzəltdilər ki, quşlar özlərini ”evdəki” kimi hiss etsinlər. Afrikadan Şüvəlana vaxtaşırı olaraq belə yüklər daşınır, oradakı vəhşi quşlar üçün maksimum lüks şərait yaradılır. Artıq 4-5 belə təyyarə reysi olub”.

Onu da qeyd edək ki, C.Əsgərov da daxil, azərbaycanlı oliqarxların çoxunun Afrikaya, xüsusilə də Tanzaniya, Keniya, Uqanda, CAR kimi ölkələrlə xüsusi “bağlılığı” yaranıb. Oralara tez-tez səyahət edirlər. Səbəb təkcə vəhşi, ekzotik təbiət deyil. “Qara qitə”də həm də saysız-hesabsız almaz mədənləri var…

Qeyd edək ki, fəaliyyətini dayandırmış “Realnıy Azerbayjan” qəzeti Cahangir Əsgərovun şok şəklini yayınlamışdı. Əslində, öz kefindən qalmayan, fəqət təyyarə biletlərinin baha satılması, baqaj və yemək məsələlərində Azərbaycanın imicinə zərbə vuran addımlarını nəzərə alsaq, C.Əsgərov o hərəkəti elə xalqa və dövlətə qarşı edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın bazasında hansı qurum yaradılacaq?

    Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın ...

    10-02-2022, 16:54

  • 
  • AZAL-ın prezidentini yoxlamağa başladılar - TƏFSİLAT

    AZAL-ın prezidentini yoxlamağa başladılar - ...

    30-03-2016, 17:12

  • 
  • Cahangir Əsgərovdan qeyri-adi hərəkətlər: AZAL prezidenti “tvist” oynadı (VİDEO)

    Cahangir Əsgərovdan qeyri-adi hərəkətlər: AZAL ...

    6-06-2018, 19:30

  • 
  • AZAL PREZİDENTİNİN ƏCNƏBİ XANIM MÜĞƏNNİ İLƏ RƏQSİ - VİDEO

    AZAL PREZİDENTİNİN ƏCNƏBİ XANIM MÜĞƏNNİ İLƏ RƏQSİ ...

    7-09-2018, 11:33

  • 
  • Qubad İbadoğlu: AZAL-ın prezidentinin ailəsi otel tikir, şirkətin borcları dövlət büdcəsindən ödənilir

    Qubad İbadoğlu: AZAL-ın prezidentinin ailəsi otel ...

    11-05-2018, 15:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu