Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının 1-ci sayını abituriyentlərin istifadəsinə təqdim edib.
gundemxeber.az modern.az-a istinadən bildirir ki, jurnalda aşağıdakı materiallar əksini tapıb:
- 2016/2017 - ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları;
- Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları;
- Hərbi liseylərə qəbul imtahanı proqramları;
- Ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri;
- Fənlər üzrə açıq tipli test tapşırığı nümunələri;
- Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları;
- Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.), kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Sorğu
Yeni dizaynımız necədir?