Rusiyanın baş naziri Dmitiri Medvedev bu il aprelin 7-də Ermənistana səfər edəcək.
gundemxeber.az report-a istinadən bildirir ki, bu haqda Ermənistanın baş naziri Ovik Abramyan bildirib.
Onun sözlərinə görə, aprelin 8-də Avrasiya İqtisadi Şurasına üzv dövlətlərin baş nazirlərinin Yerevanda görüşü keçiriləcək.
Ermənistan hökumətinin başçısı deyib ki, səfər çərçivəsində başqa mövzularla yanaşı, təbii qaz tədarükünə dair məsələ də müzakirə edilə bilər. O, "mavi yanacağın" Rusiya rublu ilə tədarükünün mümkünlüyü məsələsində irəliləyişin olmadığını söyləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?