Oksford Universiteti (İngiltərə) alimləri aşkar ediblər ki, insult keçirmiş xəstələrin reabilitasiyası zamanı beyinin elektrik cərəyanla stimulyasiyası çox müsbət nəticələr verir. gundemxeber.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada 24 nəfər insult keçirmiş xəstə iştirak edib. Onların hamısında qol hərəkətlərində ciddi problemlər var idi.
9 xüsusi məşq zamanı xəstələr fiziki hərəkətlər edirdi və onların bir hissəsi beyinin elektrostimulyasiyası proseduradan keçirdi. Bu iştirakçıların baş dərisinə elektrodlar bərkidilirdi və zəif elektrik cərəyan buraxılırdı. Elektrostimulyasiyanın 1 seansı 20 dəqiqə ərzində davam edirdi.
Eksperimentin nəticəsində məlum olub ki, elektrostimulyasiya alan pasiyentlər qolları ilə daha yaxşı hərəkət edirdi, müstəqil şəkildə yemək yeyə bilirdi. Bu effekt reabilitasiya kursu bitdikdən sonra da qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?