İcbari sığortası olmayan sürücülər yalnız 20 gündən bir cərimə oluna biləcəklər. Bu barədə inzibati xətalar məcəlləsinə dəyişiklik edilib. Əvvəllər isə miqdarı 50 manat olan bu cərimə sürücüyə gün ərzində hətta bir neçə dəfədə tətbiq oluna bilərdi.
gundemxeber.az xezerxeber.com-a istinadən xəbər verir ki, icbari sığortası olmadığına görə 50 manat miqdarında cərimələnən sürücülərə 20 gün möhlət veriləcək. Bu barədə inzibati xətalar məcəlləsində dəyişiklik edilib.
Yəni qaydanı pozduğu üçün cərimələnən sürücü məsuliyyətsilik edərsə avtomobilini 20 gün sığortasız idarə edə biləcək.
Təcrübə isə göstərir ki, dəymiş ziyanın məhkəmə üsulu ilə ödənilməsi zamanı sürücülər kifayət qədər çox vaxt itgisi ilə üzləşirlər. Ekspertlər isə hesab edir ki, bu halın qarşısını almaq və yollarda sığortasız avtomobillərin sayını azaltmaq üçün bu müddətin azaldılması məqsədə uyğun olardı.
Sorğu
Yeni dizaynımız necədir?