Tanınmış aktrisa Xuraman Əlizadə "Bu şəhərdə"nin aktyorları Rafael və Coşqunla yenidən bir araya gəlib. Bu haqda o, Milli.Az-a danışıb:
"2002-ci ildə mən Rafael və Coşqunla "Gəlinlər" televiziya tamaşasına çəkilmişdim. Bundan sonra ardıcıl olaraq mən onlarla "Bakı-Moska qatarı", "Hərənin öz tayı və payı" və "Bu şəhərdə"də Zorro roluna çəkildim. Bu günlərdə isə 8 Mart ərəfəsində yenidən onlarla konsertdə bir araya gəldim. Mənə onlarla çalışmaq çox xoşdur. İlk öncə çox səmimidirlər. İncəsənətdə elə insanlar var ki, bir balaca məşhur olan kimi özlərini "dağ başına" qoyurlar. Amma Rafael və Coşqunda bu yoxdur, onlar hamı ilə eyni münasibəti saxlayırlar. Mən hər dəfə onlarla çıxış etmək istəyirəm. İnşallah, davamlı olar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?