Pakistanın Lahor şəhərində əyləncə məkanında özünü partladan terrorçunun şəxsiyyəti ilə bağlı ilkin məlumatlar yayılıb.
gundemxeber.az qafqazinfo-ya istinadən bildirir ki, Pakistan mətbuatı parkdakı partlayışdan dərhal sonra polislərin hadisə yerindən kamikadzenin ayaq və başını tapdıqlarını yazıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Məhəmməd Yusif olduğu ehtimal edilir. Məlum olub ki, o, üzərində 20 kiloluq bombanı işə salıb.
Polis artıq Yusifin 4 qardaşını və əmisini saxlayıb. Ailəsinin dediyinə görə, Yusiflə 2 ay əvvəl bütün əlaqələri itiriblər.
Qeyd edək ki, son rəqəmlərə görə, terrorda ölənlərin sayı 72-ə çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?