GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Dəyişiklik qaçılmaz olacaq”- ekspert gizlinləri açır…

“Dəyişiklik qaçılmaz olacaq”- ekspert gizlinləri açır…

Tarix: 28-03-2016, 20:10 Bölmə :Ölkə Baxış: 0
“Dəyişiklik qaçılmaz olacaq”- ekspert gizlinləri açır…

Mehman Əliyev: “Azərbaycan ayaq üstə dayanan böyük bir oğlandır, ona görə də özü hərəkət etməlidir”; “Hakimiyyətin beynəlxalq arenada da, daxildə də dayaqları kifayət qədər zəifləyib”

Son zamanlar Azərbaycanda ictimai-siyasi proseslərdə müsbət dinamikanın müşahidə olunması, vətəndaş cəmiyyətinin və siyasi partiyaların həbsdə olan bir qrup nümayəndələrinin əfv fərmanı ilə azadlığa buraxılması, iqtisadi məsələlərlə əlaqədar qanunvericiliyə dəyişikliklər təqdir olunur.
İllər öncə, hətta bir sıra ekspertlərin bədbin proqnozlar verdiyi halda, Azərbaycanda islahatlara başlanılacağı barədə optimist yanaşmaları ilə, özünün etiraf etdiyi kimi, hətta avropalıları da təəccübləndirən “Turan” agentliyinin direktoru Mehman Əliyevlə durum dəyərləndirməsi etməyə ehtiyac duyduq. Qeyd edək ki, bu həftə, daha dəqiq desək, martın 31-də prezident İlham Əliyev Vaşinqtonda keçiriləcək IV nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfər edəcək. Qeyd edək ki, Azərbaycan prezidenti hələ ötən ilin dekabrında amerikalı həmkarı Obamadan sammitə dəvət məktubu almışdı. Müsahibimizdən əvvəlcə bu səfərlə bağlı fikirlərini soruşduq:

– Mehman bəy, prezidentin Amerika səfəri ilə bağlı gözləntilərinizi bilmək istərdik. Bu səfər, prezidentlərin görüşü Azərbaycan-ABŞ münasibətləri, həmçinin ölkəmizdəki durum dəyişiklikliyi ilə bağlı hansı yeniliklərə səbəb ola bilər?
– Mən bu səfəri noyabr ayında həyata keçirilən Antalya səfərinin (prezidentin G-20-də iştirakından söhbət gedir-E.P.) davamı kimi qiymətləndirirəm. Antalya səfəri ərəfəsində Azərbaycan-Amerika işçi qrupu yaradılmışdı. Orda ABŞ-ı narahat edən məsələlər müzakirə olunurdu. Demək olar ki, işçi qrupu son olaraq hansısa bir razılaşma əldə etmişdi. Çünki danışıqlar kifayət qədər çətin gedirdi və Amerika tərəfi bu danışıqlardan xeyli narazı idi. G-20-də Obama ilə əlsıxma mərasimi onu göstərdi ki, hansısa nəticələr əldə olunub. Obamanın Əliyevlə görüşməsi o demək idi ki, işçi qrupunun razılaşmasından xəbərim var, gedin, işləyin. İndi ikinci mərhələ gəlir. Antalya səfəri ərəfəsində müəyyən islahatlara qərar verilmişdi, islahatlarla bağlı prezidentin yanında xüsusi olaraq köməkçi statusunda bir xidmət yaradılmışdı və islahatlarla əlaqədar qanunlara dəyişikliklər formasında işlər başlayıb.
Bundan sonra islahatlar paketi gözlənilir. Mən hesab edirəm ki, hökumətdə də dəyişikliklər olmalıdır. 14 nəfər siyasi məhbusun azadlığa buraxılmasının ardınca hüquq müdafiəçisi İntiqam Əliyevin də 28 martda azadlığa buraxılması gözlənilir. Bunun ardınca növbəti addımlar atılacaq. Yəni bu, o deməkdir ki, İlham Əliyevin səfəri ərəfəsində müəyyən addımlar atılıb. Antalya görüşünü prezident Ərdoğan hazırlayırdı, vasitəçiliyi yüksək səviyyədə Türkiyə edirdi. Nyu-York sammiti ərəfəsində İlham Əliyev Türkiyəyə səfər etdi. Yəqin ki, bu səfərdə qarşıdakı sammitlə əlaqədar planlaşma da aparılıb, müəyyən məsələlər razılaşdırılıb və Amerika tərəfinə çatdırılıb. Gözləmək olar ki, sammitdən sonra növbəti addımlar atılacaq. Ona görə də mən gözləyirəm ki, bu dəfə Nyu-Yorkda “salam-sağ ol” yox, ən azı 5-10 dəqiqəlik söhbət olacaq. Ona görə də mən Amerika səfərinə islahatlar ərəfəsində reallaşdırılan bir səfər kimi də baxıram. Yəni Azərbaycan-Amerika münasibətlərində daha konstruktiv və daha praqmatik addımların atılması mərhələsi başlayır.
– Belə qənaətə gəlmək olarmı ki, hakimiyyət artıq yeni mərhələyə adlamaqla bağlı prinsipial qərarını verib?
– Prinsipcə, o proses başlayıb. İqtisadi böhran hakimiyyəti məcbur edir. Qərbin yardımı, dəstəyi olmasa – burada söhbət texniki məsələlərdən də gedir, vəsaitlərdən də – vəziyyət kifayət qədər pis olacaq. Bunu Azərbaycanda dərk edirlər. Bu mənada şərait özü məcbur edir ki, bu addımlar atılsın.
– Amma prezidentin köməkçisi Əli Həsənov bir müddət öncə bu kimi arqumentlərə cavab olaraq bildirdi ki, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları olduğu üçün heç bir ölkədən maliyyə təmənnası yoxdur. Bəlkə islahatlarla əlaqədar, yaxud Qərblə münasibətlərdəki yeni gəlişmənin səbəbləri başqadır…
– İş ondadır ki, Əli Həsənovun dediyi real vəziyyətə əsaslanmır. Hansı ehtiyatlardan danışır? Manat iki dəfə devalvasiyaya uğrayıb, mart ayından milli valyuta yenidən dəyərdən düşür, aprel, may aylarında da bu prosesin davam edəcəyi gözlənilir. Onda niyə devalvasiyaya getdilər? Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə 8 milyarddan 3 milyarda enib, bəlkə də indi ondan da azdır. Real vəziyyət budur. Neft Fondu elə bir fond deyil ki, sən ordan istədiyin qədər valyuta götürüb istifadə edəsən. Orda da məsuliyyət, öhdəliklər var. Üstəlik, Neft Fondunun əsas vəsaitləri Azərbaycanda deyil. Heç kəs imkan verməz ki, o pullar elə-belə götürülsün və xərclənsin. Lap o pulları bir-iki ilə xərclədik, sonra nə olacaq? Fakt budur ki, iqtisadiyyatda ciddi böhran var, vəziyyət kifayət qədər ağırdır. Bu gün Azərbaycan hökuməti Qərb institutlarından, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Avropa Yenidənqurma Bankından 10 milyard vəsait istəyir. Qərb də deyir ki, vəziyyəti stabilləşdirmək, ya da dəyişmək üçün sizə azı 20-30 milyard lazımdır. Bizim elə Neft Fondunda təxminən o qədər vəsait var, deyəsən, 36 milyard qalıb. Bu mənada Azərbaycan tərəfi Qərbin dəstəyindən kifayət qədər asılıdır.

– Xatırladım ki, hələ devalvasiyanın olmadığı, neft gəlirlərinin ölkəmizə axdığı dövrdə siz hökumətin islahatlara gedəcəyini nikbinliklə deyirdiniz. Bu mənada demək olarmı ki, islahatlar qərarını zəruri edən başqa amillər də var?
– Mən demişəm ki, Azərbaycan hakimiyyəti kifayət qədər ağır duruma düşüb, ciddi zərbə alıb və zəif vəziyyətdədir. 3-4 il bundan qabaq İlham Əliyev deyirdi ki, bizdə ümumi daxili məhsulun artımı 35 faizdir, biz analoqu olmayan ölkəyik, inkişafdayıq və s. Birdən-birə hər şey dağıldı, getdi. Bu, çox ciddi məsələdir. Hakimiyyətin beynəlxalq arenada da, daxildə də dayaqları kifayət qədər zəifləyib. Son 6-7 ayda əsas dayaq olan neft amili əldən getdi, bank-maliyyə sistemi çökdü, sonra təhlükəsizlik sistemi çökdü, hələ başqa məsələləri demirəm. Beynəlxalq Bankın vəziyyəti göz önündə, hökumətin daxilindəki ziddiyyətlər, problemlər özünü göstərməyə başlayıb. Ölkədə bu vəziyyəti müxalifət, vətəndaş cəmiyyəti, media yaratmayıb. Azərbaycan hakimiyyəti son illər ərzində vətəndaş cəmiyyətini sıxışdırıb, darmadağın edib, medianı, siyasi partiyaları, biznesi bu günə salıb. Yəni bütün sahələri maksimal dərəcədə monopollaşdırmaq və imkan verməmək ki, Azərbaycan cəmiyyəti öz sözünü deyə bilsin. Yəni vaxtilə bunlar narahat idilər, deyirdilər “Azərbaycanda məxməri inqilab hazırlanır, Suriya, Ukrayna, ya Gürcüstan variantı hazırlanır”.
O zaman preventiv addımlar atan bu hakimiyyət başa düşmürdü ki, əgər burda aparılan siyasət təhlükəsizliyin qarantı olan ABŞ-ın maraqlarına uyğun deyilsə, deməli, nə vətəndaş cəmiyyəti, nə media, nə siyasi partiyaların zərərsizləşdirməsi ilə sistemi bu cür saxlamaq və davam etdirmək mümkün olmayacaq. Ona görə də bu, baş verdi. Hesab edirəm ki, hakimiyyət bunu gözləmirdi. Onlar elə deyirdilər ki, hər şey əllərindədir, heç kim Azərbaycanda heç nə edə bilməz. Bu sistemin kifayət qədər daxili problemləri olduğuna görə mövcud vəziyyət yarandı. Mən hesab edirəm ki, burada daha çox obyektiv məsələlər rol oynayır. Yəni ki, neftin qiymətinin düşməsi, maliyyə böhranının yaranması məsələləri var. Mən hələ demirəm ki, subyektiv şəkildə ABŞ Konqresi sabah Azərbaycana qarşı ciddi addımlar atmağa başlayacaq. Onda nə baş verəcək?
– Azərbaycana qarşı belə bir təhlükə varmı, yoxsa “907-ci düzəliş” kimi sanksiya təhdidləri də “Domokl qılıncı” kimi başımızın üstündən asılacaq?
– Bu, hakimiyyətdən asılıdır. İslahatlara gedəcəksə – gedir artıq – əgər ciddi islahatlara gediləcəksə, deməli, sanksiyalar olmayacaq. Əks halda olacaq. Çünki ABŞ-ın vaxtı yoxdur ki, Azərbaycan hakimiyyəti ilə uzun müddət oyun oynasın və gözləsin ki, haçansa demokratiyaya, normal bazar iqtisadiyyatına keçməyə, beynəlxalq qaydalarla oturub-durmağa hazır olacaq. Yəni uşaqlıq dövrü keçib, artıq Azərbaycan ayaq üstə dayanan böyük bir oğlandır, ona görə də özü hərəkət etməlidir. Heç kəs də onunla uşaq kimi oynamayacaq, o dövr getdi.
– Amma bu da var ki, Qərb son illərdə yürütdüyü siyasətlə, sərgilədiyi davranışları ilə özünə, dəyərlərinə olan inamı xeyli sarsıtdı…
– Sizinlə razıyam. Aydındır ki, biz yaşadığımız ölkəni istəyən insanlarıq və hər zaman istəmişik ki, bu dəyişikliklər çox tez olsun, ABŞ və Avropanın mövqeyi daha sərt olsun. Çünki biz bu ölkədə yaşayırıq və maraqlarımız var. Amma onların da müəyyən problemləri var. Bu dünyada tək Azərbaycan deyil ki, onunla məşğul olsunlar… Onların yanaşması regional, miqyaslı yanaşmadır. Biz görürük ki, təkcə neftin qiymətinin düşməsi Azərbaycanı, İranı, Venesuelanı, Nigeriyanı nə günə qoyub və bölgədə dəyişikliklərə hansı təkanlar verib.
– Mehman bəy, fərqli arqumentlər də var. Məsələn, hesab olunur ki, nefti-qazı, üstəlik valyuta ehtiyatlarına malik olmayan qonşu ölkələrlə müqayisədə Azərbaycan daha yaxşı durumdadır. Bu yanaşmanı bölüşürsünüzmü?
– Azərbaycan yaxşı durumda deyil. Nə üçün? İş ondadır ki, Ermənistanı, yaxud Gürcüstanı götürsək, onların büdcələri real iqtisadi imkanlara bağlıdır. Müəyyən dərəcədə bizdən kasıb ola bilərlər, ancaq bizdən daha stabildirlər. Çünki onların bütün imkanları real daxili resurslara bağlıdır. O da insan kapitalıdır, nəyi bacarırsan, yaradırsan, düzəldirsən. Bizdə isə çox maraqlı bir şey baş verdi. İş ondadır ki, Səudiyyə Ərəbistanı, Azərbaycan, İran, Venesuela, Rusiya 2006-cı ildən sonra neftin qiyməti artandan sonra öz büdcələrini 7-8 dəfə artırdılar, büdcəni neftin üstündə qurdular. Ona görə də onların çökməsi cəmiyyət üçün kifayət qədər ağır oldu. Çünki cəmiyyət yaxşı yaşamağa öyrəşib, gündən-günə vəziyyət yaxşılaşır, evlər, maşınlar və s. Ancaq qəfildən sən hər şeyi itirirsən, bu, dəhşətli bir şeydir. Azərbaycanda və bir sıra başqa ölkələrdə bu baş verdi. Bizim cəmiyyət 2003-2004-cü illərdəki səviyyədə yaşamaq istəməz, ona görə də narazılıq artır. Məmurların maaşı 500-1000 manat idisə, konvertdə 5-10 min manat alırdılar. Onlar 500 manatlıq maaşla yaşamağa öyrəşməyiblər. Hələ mən demirəm ki, qiymətlər nə qədər qalxıb, ya manatın dəyəri düşüb. Siz təsəvvür edirsiniz, bu gün insanlar nə gündədir? Vəziyyət hamıya təsir edib. Vaxtilə polis 1000 manat alırdısa, böyük pul idi. Ancaq indi 1000 manat böyük pul deyil. Ona görə də narazılıq artır, rüşvət çoxalır.

– Ancaq sonuncu əfv fərmanına xeyli siyasi məhbusun adının salınması, qanunlara edilən müsbət dəyişikliklər, hətta Rüstəm İbrahimbəyovun ölkəyə girişinə şərait yaradılması, İntiqam Əliyevin hökmü ilə bağlı protest verilməsi cəmiyyətdə yumşalmanın, açılımın olması görüntüsünü yaradır. Razılaşırsınız?
– Əlbəttə ki, dəyişikliklər var, bu da ümumi vəziyyətlə bağlıdır. Bu yumşalma, yenidən baxış, münasibətləri təftiş eləmək var və artıq bu, normaya çevrilməyə başlayacaq. Çünki zaman başqa, problemlər başqadır. Biz hələ bu prosesin astanasındayıq. Yarı demokratiya ola bilmir. Əgər demokratiyaya keçid başlayırsa və ilk növbədə bazar iqtisadiyyatında liberallaşma, monopoliyanın götürülməsi, azad bazarın yaranması başlayırsa, bu, o deməkdir ki, cəmiyyət azad olmağa başlayır. Bunun ardınca azad seçki, azad fəaliyyət, azad söz ortalığa qoyulur və beləcə cəmiyyət dəyişməyə başlayır. Biz artıq buna doğru gedirik, bu, qaçılmazdır və qarşısını almaq mümkün deyil. 90-cı illərdə müəyyən iqtisadi azadlıqlar var idi. Bunun əsasında siyasi partiyalar fəaliyyət göstərirdi, vətəndaş cəmiyyəti mövcud idi, medialar fəaliyyət göstərirdi, yəni bu sistem var idi. 2000-ci illərdən isə bu sistemi çökdürməyə başladılar. İndi yenidən o vəziyyətə qayıdılırsa, bu sistem dəyişməyə başlayırsa, demək, sistem tam dəyişəcək, dəyişiklik qaçılmaz olacaq… /musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev: İslahatlar media azadlıqlarından başlayır

    Mehman Əliyev: İslahatlar media azadlıqlarından ...

    21-12-2019, 16:02

  • 
  • Ağ Evin qarşısında piket keçirilib

    Ağ Evin qarşısında piket keçirilib ...

    2-04-2016, 01:34

  • 
  • Mehman Əliyev azadlığa buraxılmadı

    Mehman Əliyev azadlığa buraxılmadı ...

    6-09-2017, 16:00

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • RATİ Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb

    RATİ Mehman Əliyevin azadlığa buraxılmasına ...

    25-08-2017, 19:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu