Nizami RPİ 25-ci PB-nin baş təhqiqatçısı Səlim Səlimov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Bununla bağlı Daxili İşlər naziri Ramil Usubov bir neçə gün öncə əmr imzalayıb.
Qeyd edək ki, S.Səlimov bir neçə il öncə daxili işlər orqanlarından öz ərizəsi ilə uzaqlaşmışdı. Lakin ötən ilin fevralında nazir Ramil Usubova raport yazaraq polis sıralarına qayıtmaq istəməsi barədə müraciət edib.
Müraciətə baxılaraq müsbət cavab verilib. Bundan sonra keçmiş rəis müavini olan Səlim Səlimov müvafiq əmrlə Nizami RPİ 25-ci PB-yə baş təhqiqatçı vəzifəsinə təyin olunub.
Xatırladaq ki, S.Səlimov Laçın rayonunun sabiq icra başçısı Akif Səlimovun oğludur. A.Səlimov 3 mart 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?