Bu gün səhər saatlarında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə qadın meyidi gətirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Gəncə sakini, 37 yaşlı Saray Abbasova vanna otağında olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, qadının ölümünə səbəb onun dəm qazından zəhərlənməsidir. Hazırda Gəncə Şəhər Prokurorluğunun əməkdaşları araşdırmalar aparırlar.
Sorğu
Yeni dizaynımız necədir?