GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Akula”nın, Eldar Mahmudovun və oğlunun daha bir dəhşətli cinayət əməli … - ARAŞDIRMA

“Akula”nın, Eldar Mahmudovun və oğlunun daha bir dəhşətli cinayət əməli … - ARAŞDIRMA

Tarix: 2-04-2016, 01:00 Bölmə :Ölkə Baxış: 0
“Akula”nın, Eldar Mahmudovun və oğlunun daha bir dəhşətli cinayət əməli … - ARAŞDIRMA

Artıq neçə aydır ki, ölkədə nə Milli Təhlükəsizlik Nazirliyi, nə də bu quruma rəhbərlik etmiş Mahmudov-Əsədov-Çovdarov mütəşəkkil cinayətkar dəstəsi var. MTN ləğv olunub, yerinə yeni qurtumlar yaranıb. Keçmiş nazir Eldar Mahmudov vəzifəsini itirib, onlarla generalı və yüksək vəzifəli zabiti isə cinayət məsuliyyətinə cəlb olunublar və dəbdəbəli kabinetlərdən Kürdəxanı həbsxanasına köç ediblər. Onlar hamısı ictimaiyyətə hələ ki məlum olmayan bir çox epizodların – qarətlərin, qətllərin, korrupsiyanın və zorakılığın – üzə çıxacağı istintaqın bitməsini gözləyirlər.

Hələlik istintaq öz işini görür, virtualaz.org-un redaksiyasına isə bu cinayətkar dəstənin biznesini ələ keçirərək özlərini dərbədər saldığı sahibkarlardan yeni-yeni şikayətlər daxil olur. Az qala hər gün Mahmudov-Çovdarov başkəsənlərinin izləmələri və işgəncələri nəticəsində müflis olmuş, həbsxanalara atılmış, şikəst edilmiş keçmiş iş adamlarının bu cür şikayətlərini dərc edirik. Budur, tikinti sahəsində ixtisaslaşmış uğurlu sahibkarın biznesini məhv etmiş, hərisliyi sərhəd tanımayan cinayətkar dəstə üzvlərindən növbəti şikayət.

İki Akifin toru

Yavər Qurbanov tikinti biznesini genişləndirirdi. Onun şirkətinin gəlirləri illik on milyonlarla manat təşkil edirdi. Keçmiş yazılarımızdan da məlum olduğu kimi, belə yağlı tikə “oyaq çekistlər”in diqqətindən yayına bilməzdi. Və kəşfiyyata bu dəfə Eldar Mahmudovun yaxın adamı, biznes dairələrində qorxunc “Akula” ləqəbi ilə tanınan Akif Mustafayev yollanır. Yox, alçaq kriminal element olan Mustafayev MYN işçisi deyildi, lakin Mahmudovun yanında nüfuz sahibi və keçmiş nazirin xüsusi agenti idi (həmçinin bağ evindəki qonaqlıqların tamadası). Təsadüfi deyil ki, xüsusi xidmət orqanının şefi onu özünə yaxın adam seçmişdi, çünki qarışıqlıq başlayandan sonra bütün bu cinayətkar dəstənin üzvləri arasında Azərbaycanı tərk etmək yalnız ona müyəssər olmuşdu. Yəqin çox cəld və hiyləgər imiş.

Bəli, “Akula” onunla məşhur idi ki, sahibkarları çekist şinelli quldurlara təslim edirdi. Virtualaz.org-un əvvəllər yazdığı kimi, o, ən varlı sahibkarların və vətəndaşların dosyelərini toplayır, onların varidatının həcmini dəqiqləşdirirdi. Sonradan sahibkarların və onların varidatının siyahısı Eldar Mahmudovun masasının üstünə qoyulurdu. Daha sonra isə işə digər Akifin – Çovdarovun başkəsənləri qoşulurdu. Bütün Çovdarov işgəncələrindən sonra isə, yaxşı işlənmiş ssenariyə əsasən, səhnədə yenidən “Akula” Akif peyda olurdu ki, artıq əldən düşmüş sahibkarlara və onların yaxınlarına öz xidmətlərini təklif etsin. Bu adamları inandırırdı ki, onun vasitəsilə Mahmudova pul ötürsünlər və əzablardan qurtulsunlar. Bunun əvəzində isə MTN-dən azad olunduqdan sonra sahibkarlar “Akula” Akifi özlərinə şərik götürməli və bizneslərinin əhəmiyyətli hissəsini ona verməli idilər. Çoxları anlayırdı ki, xüsusi agentin arxasında nazirin özü gizlənir.

Bu halda da “Akula” Akif ustalıqla torunu qurmuş və bu tora gəözlənildiyi kimi, Qurbanov düşmüşdü. Sahibkarın problemləri 2008-ci ildə başlamışdı – bacarıqla qurulmuş tor onun əl-ayağını amansızcasına bağlayır və rahat nəfəs almağa imkan vermirdi.

Alma ağacı Eldar və alma Anar

Xilasedici hava udumu kimi “Akula” ona Anar Mahmudovu – MTN-in eks-rəhbərinin oğlunu təqdim edir. İşi bilirmişcəsinə Anar Yavər Qurbanova məxsus altı obyektin hamısını gəzir, onları diqqətlə gözdən keçirir və tikinti işlərinin gedişi ilə tanış olur.

Lakin Anarla tanışlıq sahibkara baha başa gəlir və o, bunu indiyə kimi unuda bilmir. Əgər əvvəlcə Anara xilaskar kimi baxırdısa, sonda aydın oldu ki, o, nəinki Qurbanovun biznesini, həm də bütünlükdə onun ailəsinin xoş taleyinin axırını gətirdi. Tezliklə Yavər Qurbanova və onun şəriki Adəm İsmayılova bütün birgə biznesin cəmi üçdə bir hissəsi qaldı. Belə böyük fırıldağın nəticəsində isə “Akula”ya, Anara və onun atasına iki dəfə çox pay qaldı. Daha dəqiq desək, milyonluq obyektlər onlara yaxın adamların adlarına keçirildi.

Amma necə deyərlər, dərd-bəla tək gəlmir. Qurbanovun tikinti biznesinin üçdə iki hissəsi Azərbaycan xüsusi xidmət orqanlarında oturuşmuş cinayətkar dəstə üzvlərinin yalnız iştahasını artırdı. Qurbanov və onun şəriki isə bilmirdilər ki, hətta çox böyük həcmli pay belə onları poqonlu qulyabanilərin möhkəm caynaqlarından qurtara bilməz. Hardan biləydilər ki, onlar sahibkarları sonadək sağmağı, başqa sözlə, onların gəlirli biznesinə tamamilə yiyə durmağı qarşılarına məqsəd qoyublar. Bu işə isə artıq Mahmudov-Çovdarov cinayətkar qruplaşmasının digər simaları da qoşulmuşdular.

Budur, “Akula” yenidən Qurbanov və İsmayılovla görüşür.

“MTN səni həbs etmək istəyir. Təcili olaraq 2 milyon hazırla”. O, iş adamına bu xəbərdarlığı çatdırır və bildirir ki, pulu çatdırmasa nə baş verəcək. Bu təhdid öz nəticəsini verir, göstərilən məbləğ “Akula”ya çatdırılır. Ancaq elə ertəsi gün o, yenə zəng edir və sərt tonda iş adamını gözləyən yeni bəla haqda xəbərdarlıq edir: “Bu nədir, nazirə “atmaq” istəyirsiniz? Düz 100 min! Odla oynayırsınız? Axı orada düz 100 min çatmır. Belə şeylərə görə bilirsən başına nə gələ bilər? Qorxmursan ki, arxanızca qara maskalılar gələr və başa salar ki, naziri aldatmaq nə deməkdir?”

Və əlbəttə ki, “Akula” məqsədinə çatır. Sahibkarların cibindən daha 100 min manat çıxıb MTN-çilərin cibinə girir. Lakin Mahmudovun planı əsasında “Akula”nın şəbəkəsinin sahibkarları axıra qədər talamaq səyləri bununla bitmir. Tezliklə “Akula”nın qulağına xəbər çatır ki, Qurbanovun qardaşının daşınmaz əmlakı satışa çıxarılıb. Sahibkarları bu cür sövdələşmələrin MTN-in xəbəri olmadan həyata keçirilməsinin “böyük günah” olduğuna inandırmaq “Akula”ya asanlıqla başa gəlir. “Mənimlə birlikdə nazirin qəbuluna gedərik. Özünlə 300 min götür”, - o, sahibkarlarla vidalaşanda xəbərdarlıq edir.

Və görüş baş tutur, həm də xeyli isti keçir. Doğrudur, Yavər əvvəlcə Eldar Mahmudovun qəbul otağında nazirin köməkçisi və eyni zamanda, onun əmisi oğlu Vüqar Mahmudovla görüşməli olur, nəzərdə tutulan məbləği ona verir. Yalnız bundan sonra Eldar Mahmudov onu qəbul edir, sahibkarı sakitləşdirir və vəd edir ki, onun problemləri həllini tapacaq. Ancaq Qurbanov buna inana bilməzdi.

Nazir özü də bunu hiss edir. O başa düşür ki, Yavərin səbrinin sonu çatıb. Və bu dəfə onun şəriki Adəm İsmayılova yönəlməyi qərara alır, yırtıcı yeni qurbanının üstünə cuman kimi onun üstünə cumur. Adəm bankdan tikinti layihəsinə 1,6 milyon manat kredit götürməli olur. Lakin həmin krediti bankdan çıxarmağa imkan tapmamış, onu məcbur edirlər ki, həmin məbləği “Akula”ya versin. Özü də kassadan uzaqlaşmadan. Sonra isə Mahmudov “Akula” vasitəsilə Adəmin ortağı olmaq istəyini çatdırır.

Bu dəfə MTN rəhbərinin talama mexanizmi başqa cür işləyir. 2011-ci ildə A.İsmayılov 300 milyon manat investisiya cəlb etməyə hazırlaşırdı. Hər şeydən xəbərdar olan “Akula” həmin məbləğin 1 faizini Eldar Mahmudova çatdırmağın vacibliyini onun nəzərinə çatdırır. Üstəlik əvvəlcədən, pulu götürmədən. Müəyyən müzakirələrdən sonra “Akula” E.Mahmudova çatdırmaq üçün 2 milyon manatı götürür. Hələ ölkəyə daxil olmağa imkan tapmamış investisiya isə iqtisadiyyatın inkişafına yönəlməliydi...

Mahmudov-Əsədov-Çovdarov kriminal qruplaşması sakitləşmək bilmirdi. Cəmi üç il ərzində, 2008-2011-ci illərdə təhdid və şantaj yolu ilə onlar həmin sahibkarlarin on milyonlarla manat dəyərində daşınmaz əmlakını mənimsəyib. Üstəlik, onlardan 400 min manatdan çox dəyəri olan qızıl və brilyant zinət əşyalarını qəsb edib.

Lakin bütün bunlar iş adamlarını çökdürüb və onları öz vicdanları ilə sövdələşməyə məcbur edib. Əldə etdiyimiz məlumatlara görə, Qurbanovun və İsmayılovun inşa etdirdiyi binalardan mənzil alan bir qrup şəxs istintaq orqanlarına və KİV-lərə şikayət edib. Onların şikayətinə əsasən, sahibkarlar bir mənzili bir neçə nəfərə satıblar. Biz vətəndaşlara qarşı bu cür dələduzluq əməlinə haqq qazandırmırıq, ancaq sahibkarlar doğrudan da belə əmələ yol veribsə, təxmin etmək çətin deyil ki, onları buna məcbur edən səbəblərdən biri də Eldar Mahmudov və dəstəsi olub. Sahibkarlara görə, nə qədər ki Mahmudov azadlıqdadır, ölkədə biznes mühiti rahatlıq tapmayacaq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov üzə çıxdı

    Eldar Mahmudov üzə çıxdı ...

    26-10-2015, 17:39

  • 
  • ​Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni AÇIQLAMA

    ​Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni ...

    8-11-2017, 13:37

  • 
  • MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və Hilal Əsədovu “baqaj”a qoydu

    MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və ...

    12-08-2016, 01:09

  • 
  • Eldar Mahmudov məmurları necə dinləyib?

    Eldar Mahmudov məmurları necə dinləyib? ...

    30-10-2015, 23:29

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb, ona qarşı yeni ittihamlar irəli sürülüb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    27-09-2018, 12:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (91)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu