Həftəsonu Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş şiddətli qarşıdurmalarda azı 33 nəfər ölüb, 200-dən çox adam yaralanıb.
gundemxeber.az anspress-ə istinadən bildirir ki, bu məlumatlar BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (HMKİ) hesabatında əksini tapıb.
HMKİ-nin məlumatına əsasən, hərbi əməliyyatların getdiyi kəndlərdə təxminən 14,4 min insan yaşayır.
"Ermənistan və Azərbaycandakı rəsmi mənbələrə əsasən, azı 30 əsgər və 3 dinc sakin hərbi əməliyyatlar nəticəsində ölüb. Nə mülkü vətəndaşlar, nə də hərbçilər arasında yaralılar barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, bu sayın 200-dən çox olduğu təxmin edilir", - hesabatda deyilir.
Bundan başqa BMT-nin adıçəkilən qurumu dağıdılan infrastruktur, vətəndaşların avakuasiyası barədə məlumata malik deyil. "Azərbaycan hökuməti insanların daxili yerdəyişməsinin olmadığını bəyan edib. Lakin qarşı tərəfdən 50 nəfər İrəvanda müvəqqəti sığınacaq istəyib. Hər iki hökumət beynəlxalq humanitar yardıma ehtiyaclarının olmadığını açıqlayıb".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?