Deportasiya Qurbanları Cəmiyyəti aprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən hadisəyə münasibətini açıqlayıb. Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyəti hadisə zamanı şəhid olanların ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyir. Deportasiya Qurbanları Cəmiyyəti Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində atdığı bütün addımları birmənalı dəstəklədiyini ifadə edir, ordumuzun irəliləməsini sevinclə qarşıladığını vurğulayır. Deportasiya Qurbanları Cəmiyyəti Azərbaycan ictimaiyyətini, bütün vətəndaşları Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, ordu ətrafında birləşməyə çağırıb.
Sorğu
Yeni dizaynımız necədir?