"Azərbaycan Silahlı Qüvvələri aprelin 2-də hərbi əməliyyatlar zamanı azad olunan torpaqları tərk etmək niyyətində deyil"
Bunu Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərghalı rusiyalı jurnalistlərlə söhbətində deyib.
“Dağlıq Qarabağ Respublikası” “müdafiə nazirliyinin” təmas xəttində “əvvəlki mövqelərin bərpası kontekstində” barışıq məsələsini müzakirə etməyə hazır olmaları barədə bəyanatını şərh edən polkovnik Dərgahlı onu “məntiqsiz” adlandırıb.
“Bir tərəfdən onlar (erməni tərəfi) deyirlər ki, Azərbaycan ordusunun tutduğu bütün mövqeləri geri alıblar, digər tərəfdən əvvəlki mövqelərin bərpası şərtilə atəşkəs haqqında təklifin müzakirəsinə hazır olduqlarını bildirirlər. Məntiq hardadır?” - deyə,Dərgahlı qeyd edib.
Mətbuat xidmətinin rəhbəri Yerevanın, ordumuzun dünən ələ keçirdiyi yüksəkliklərə nəzarəti bərpa etməsi barədə iddialarını da təkzib edib:
“Azərbaycan ordusunun mövqeləri dəyişməyib”, - deyə polkovnik bildirib.
“Biz aprelin 2-də hərbi əməliyyatlar zamanı tutduğumuz əvvəlki mövqelərimizdəyik”, - deyə o vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?