Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova Azərbaycan Respublikasının Səfərbərlik xidmətinin rəisi cənab Arzu Rəhimova
Cənab Komandan, Cənab Nazir, cənab xidmət rəisi!
Son günlər Azərbaycan ordusunun davamlı zərbələri nəticəsində bir sıra yaşayış məntəqələrimiz azad olundu. Düşmən hələ də təslim olmaq əzmində deyil. Belə bir zamanda dövlət məmurlarının kecmiş Qarabağ müharibəsi iştirakcılarına, ehtiyatda olan zabitlərə etdiyi haqsızlığı, Azərbaycan naminə,Vətən naminə, Dövlətcilik naminə unudaraq, Sizə müraciət edirik:
-Bizlərin səfərbər olunması, komplektləşdirilməsi, ön cəbhəyə yola salınması ücün elə bu gün əmr verəsiniz. -Aramızda ixtisaslı hərbi mütəxəssislər, döyüşcülər, tibb işciləri var. Bu insanların uzun illər hərbi sahədə olan bilik və bacarıqlarından istifadə olunması ücün göstəriş verəsiniz. -Ölkədə vətənpərvərliyin, döyüş əhval-ruhiyyəsinin qaldırılması, gənc nəslin kecmiş döyüşcülərin bu hərəkətindən daha da ruhlanması ücün şərait yaradasınız. -Düşmənin təbliğat və axmaq, ucuz hərəkəti olan, kecmiş başkəsənləri döyüşə göndərməyinə cavab olaraq, şərait yaradasınız ki, biz yarımcıq qoyduğumuz döyüşümüzü davam etdirək və qisasımızı alaq. -Nəzərinizə catdırıram ki, öz tərəfimizdən komplektləşdirilmə zamanı qoyulan tapşırığa, verilən əmrlərə dəqiqliklə əməl edəcəyimizə söz veririk. Əks halda qanunda nəzərdə tutulmuş hər bir cəzanı qəbul etməyi qərara aldıq. -Bu qərarı verəcəyiniz təqdirdə, toplanış yerinə, hazırlıqlı gəlməyi özümüzün müqəddəs borcumuz hesab edirik. Qərar verin, Azərbaycan, Vətən, Torpaq, Dövlətcilik naminə.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?