“Ermənistan hospitalları yaralılarla doludur. Dərmanlar çatışmır, nəqliyyat vasitələri yaralıları daşımaq üçün azlıq edir. Rəsmi məlumatda 18 ölü, 37 yaralı olduğu deyilir. Lakin reallıqda bu rəqəmlər çoxdur”.
Bu barədə “Armenianreport” saytının hazırladığı reportajda deyilir.
Reportajda deyilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda vəziyyət acınacaqlıdır.
“Yaralıların gətirildiyi İrəvanda bir qadın hönkür-hönkür ağlayır, qışqırırdı. O, “Nə üçün?” deyə soruşur və “cəhənnəm olsun bu quldurlar, oğrular, mənim oğlumu öldürdülər” deyə qışqırırdı. O, Azərbaycanı deyil, hakimiyyəti nəzərdə tuturdu. Mən ağlayan qadından artıq heç nə soruşa bilmədim. O, elə hey, “Heyvanlar, əclaflar mənim oğlumu öldürdülər” deyə qışqırırdı”, - deyə reportajı hazırlayan erməni jurnalist Samvel Oqanesyan yazır.
Erməni jurnalist həmin qadının Maya adlı rəfiqəsindən baş verənlər haqda soruşur: “Rəfiqəsi deyir ki, onun oğlu şənbə günü səhər yaralanıb. Onu İrəvana hospitala gətiriblər. Hər şey yaxşı imiş, amma dərmanın yoxluğuna və həkimlərin səhlənkarlığına görə oğlan ölüb”.
Jurnalist yazır ki, hazırda Ermənistan ordusunda özbaşınalıq hökm sürür: “Əsgərləri soyurlar, zorakılıq edirlər. Pullarını əllərindən alırlar. Heç silah atmağı belə öyrətmirlər. Bu da nəticəsi!”(Publika.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?