GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan ordusu Ağdamı azad etmək istəsə bölgədə nə baş verəcək?

Azərbaycan ordusu Ağdamı azad etmək istəsə bölgədə nə baş verəcək?

Tarix: 5-04-2016, 13:48 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan ordusu Ağdamı azad etmək istəsə bölgədə nə baş verəcək?

Cəbhə bölgəsində vəziyyət gərgindir. Atəşkəsin pozulması halları intensiv hal alıb. Aydındır ki, Azərbaycan heç zaman işğal faktını qəbul etməyəcək və istənilən vasitə ilə işğal altındakı torpaqları azad etməyə çalışacaq.

Ermənistan hakimiyyəti heç bir ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu azad etməyə razılıq verməsə, yaxın gələcəkdə bölgədə müharibə qaçınılmazdır. Çünki, rəsmi İrəvan Bakıya başqa alternativ qoymur.

Əlbəttə, müharibənin qısa müddətdə başlayacağını proqnozlaşdırmaq çətindir. Yaxın illərdə Bakıda müxtəlif idman yarışları keçiciləcək. Məsələn bu ilin iyun ayında beynəlxalq idman ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Bakıda keçiriləcək “Formula - 1” yarışlarına xeyli qonaq gələcək, dünyanın müxtəlif televiziya kanalları bu yarışı yayınlayacaq. Bundan sonra Bakıda şahmat olimpiadası və İslam Həmrəylik Oyunları keçiriləcək. Əlbəttə, bu kimi mötəbər yarışlar bölgədə sakitlik tələb edir. Əks halda bölgədə gərginlik yaransa, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi sual altında qalar. Rəsmi Bakı isə bunu istəmir, əksinə beynəlxalq idman yarışları və böyük konfranslar vasitəsilə Azərbaycanın imicini yüksəltmək məqsədi güdür.

Buna baxmayaraq, Bakıda keçiriləcək heç bir beynəlxalq yarış Azərbaycan hakimiyyətini Ermənistana hərbi təzyiqi artırmaq siyasətindən imtinaya məcbur etməyəcək. Sadəcə, Azərbaycan ordusunun nə zaman və hansı şəraitdə hücum əməliyyatına başlayacağı tarix bəlli deyil. Bu tarixi münasib məqamda Azərbaycan prezidenti müəyyənləşdirəcək.
Ağdam rayonu cəbhə bölgəsinin ən həssas nöqtəsində yerləşir. Qarabağ düzünün ən iri şəhəri olan Ağdam 1993-cü ilin iyul ayından işğal altındadır. Azad olunmalı rayonlar və şəhərlər içərisində Ağdam ilk sıralarda gəlir.

Azərbaycan ordusu Ağdamı işğaldan azad etmək istəyərsə bölgədəki vəziyyət hansı ssenari üzrə inkişaf edə bilər?

Birinci ssenari: Məlumdur ki, separatçılar Ağdam şəhərinin içərisini və ətrafını minalayıblar. Buna baxmayaraq, Ağdamın özündə separatçıların hərbi birləşmələri yoxdur. Azərbaycan ordusu ba faktordan istifadə edərək Ağdamı azad etmək əməliyyatına başlayarsa, erməni separatçıları Ağdamın nəzarətdə saxlanılması üçün güclü müqavimət göstərməyəcəklər. Çünki, separatçılar Ağdamı özününkü saymırlar. Ağdam şəhəri dağıdılıb, orada kimsə yaşamır. Azərbaycan ordusu Ağdamı ələ keçirməklə Ermənistan üzərində hərbi və mənəvi üstünlük qazanacaq və bununla Xankəndi ilə arasındakı məsafəni qısaldacaq. Ağdamın azad olunması Ermənistan hakimiyyətini danışqlarda güzəştə məcbur edəcək və beləliklə, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mövzusu xeyli aktuallaşacaq;

İkinci ssenari: Azərbaycan ordusu Ağdamın azad olunması əməliyyatına başladıqdan sonra Ermənistan Ağdam ətrafında əlavə hərbi qüvvələr toplayacaq və əks-hücumla Azərbaycan ordusunu əvvəlki mövqeyinə qaytarmağa çalışacaq. Bu müddətdə İrəvan ATƏT-dən tələb edəcək ki, atəşkəsi pozduğuna görə Azərbaycana təzyiq etsinlər və müharibəni dayandırsınlar. Ermənistan anlayır ki, Azərbaycan ordusu Ağdamın azad olunması ilə kifayətlənməyəcək, hərbi uğurunu genişləndirməyə və Dağlıq Qarabağ ətrafındakı digər rayonları da boşaltmağa çalışacaq. Bu isə artıq genişmiqyaslı müharibənin başlanması demək olacaq;

Üçüncü ssenari: Azərbaycan ordusu hücuma keçdikdən sonra Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağla yanaşı Azərbaycanla sərhəddə – Qazax və Tovuz istiqamətlərində diversiyalar həyata keçirməyə çalışacaqlar. Azərbaycan ordusu bu diversiyalara cavab vermək məcburiyyətində qalacaq və Ermənistandakı hədəfləri vuracaq. Nəticədə Rusiya prosesə qarışacaq və Ermənstana hərbi dəstəyini artıracaq. Bu halda Azərbaycan Türkiyədən hərbi dəstək istəyəcək. Dağlıq Qarabağ uğrunda savaş regional savaşa çevriləcək. Türkiyə 1921-ci il Qars müqaviləsindən çıxış edərək öz qoşunlarını Naxçıvanda yerləşdirəcək;

Dördüncü ssenari: Azərbaycan ordusunun Ağdamda başlayacağı əməliyyat rəsmi Bakının Ermənistana təzyiq məqsədi daşıyacaq. Azərbaycan yalnız Ağdamın azad olunması ilə kifayətlənəcək və beynəlxalq təşkilatların prosesə qarışması nəticəsində ordu irəli getməyəcək. Ancaq bunun qarşılığında Bakı həm beynəlxalq təşkilatlardan, həm də Moskvadan təminat alacaq ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları hissə-hissə boşaldacaq. Əslində hadisələrin bu istiqamətdə inkişafı Ermənistanın da xeyrinədir. Çünki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması, üstəgəl də azərbaycanıların Şuşa, Laçın və Kəlbəcərə geri dönmələrinə şərait yaratmaqla həm bölgədə müharibə risqini ortadan qaldıracaq, həm də Dağlıq Qarabağda yaşayan ermənilər üçün təhlükəsizlik təminatı alacaq.
Bu ssenarilərdən hər hansı birinin reallaşması Rusiyanın hansı addımlar atacağından asılıdır.

Əsas sual budur: Rusiya Azərbaycam ordusunun Ağdamın azad olunması əməliyyatına necə reaksiya verəcək?

Birinci variant odur ki, Azərbaycan ordusu Ağdama daxil olan kimi Rusiya Gürcüstanda olduğu kimi, Ermənistan üzərindən Azərbaycana hərbi müdaxilə edəcək. Məqsəd Azərbaycan ordusunun Ağdamı nəzarət altına almasına mane olmaq və Azərbaycan ordusunu əvvəlki pozisiyaya qayıtmağa vadar etməkdir. Ancaq bu halda Rusiya Azərbaycanla dost münasibətləri pozacaq, illərlə qurulmuş əlaqələr zədələnəcək. Digər tərəfdən Türkiyə prosesdən kənarda qalmayacaq, Azərbaycana hərbi dəstək verəcək və bununla Cənubi Qafqazda Rusiya-Türkiyə hərbi qarşıdurması yaranacaq.

İkinci variant isə odur ki, Kreml Ağdamın Azərbaycan ordusu tərəfindən azad olunması əməliyyatına soyuqqanlı yanaşacaq, Ermənistana hərbi dəstəyini artırmaqla və Bakıya ünvanlanmış “müharibəni dayandırın” tipli bəyanatlar verməklə kifayətlənəcək, Dağlıq Qarabağa qoşun yeritməyəcək. Rusiyanın Ermənistan üçün edə biləcəyi ən böyük yaxşılıq İrəvanı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı salmaqdır. Əgər Rusiya bu istiqamətdə addımlar atarsa, Azərbaycan ordusu yalnız Ağdam əməliyyatı ilə kifayətlənəcək. Bununla Rusiya Azərbaycanla dost münasibətləri də zərər verməyəcək, Türkiyə ilə qarşıdurmadan da çəkinəcək, üstəgəl bölgədəki sülhün əsas təminatçısı statusunu qazanacaq.

"Atlas" Araşdırmalar Mərkəzi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda Robot Olimpiadası keçirilir

    Bakıda Robot Olimpiadası keçirilir ...

    6-10-2018, 18:31

  • 
  • Ermənilər Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında iştiraka hazırdır

    Ermənilər Bakıda keçiriləcək I Avropa Olimpiya ...

    10-10-2014, 17:08

  • 
  • 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı

    2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya ...

    30-04-2013, 17:00

  • 
  • Bakıya erməni idmançılar gəlir

    Bakıya erməni idmançılar gəlir ...

    12-05-2015, 21:44

  • 
  • “Final üçün Bakıya 30 mindən çox əcnəbi azarkeş gələcək” – Azad Rəhimov

    “Final üçün Bakıya 30 mindən çox əcnəbi azarkeş ...

    24-05-2019, 15:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (16)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu