Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oktay Qasımovun facebookda paylaşdığı statusu gundemxebr.az oxucularına təqdim edirik. Azərbaycan əsgəri bizə qürurlu anlar yaşadır son günlər. İnsanlarımızda ruh yüksəkliyi yaranıb, cəmiyətlə dövlət bütünləşib. Hər birimiz, o cümlədən şəhidlərin ruhu torpaqlarımızın tezliklə azad olunmasını istəyir. Cəmiyət buna köklənib. Unutmayaq ki, ruh yüksəkliyi bəzən eyforiyanı da bərabərində gətirir. Eyforiya- dan uzaq olmalıyıq. Bir neçe gündə addımlar necə dəqıqlıklə atılıbsa, elə davam edəcəyinə ümidliyəm. Bilməliyik ki, müharibəni yalnız Ermənistanla aparmırıq.Qəzəbli Rusiya mediasının anti- Azərbaycan təbliğatı gözardı edilməməlidir.Çünki Rusiyanın 20 ildə Qarabağda qurduğu sistemə zərbə vurulub. Bunun intiqamını almaq,təxribatlar törətmək istəyəcək. Ona görə ön cəbhədə qazandıqlarımızı ciddi qorumaqla bərabər, arxa cəbhədə mühafizə və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Addımlarımız beynəlxalq şəraitə uyğun atılmalıdır.Yəni vurmaq lazım olanda vura, durmaq lazım olanda dura bilək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?