ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Bakıya, Yerevana və işğal edilmiş Dağlıq Qarabağa səfər edəcəklər.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə RİA Novosti Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadala istinadən xəbər verir.
Ötən şənbə günü Fransanın xarici işlər naziri Jan-Mark Ero Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, bazar ertəsi isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon danışığı aparıb.
R.Nadal qeyd edib ki, J.Ero Fransanın Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya və ABŞ ilə bu münaqişənin sülh yolu ilə və davamlı həllini tapmaq üçün hər cür səy göstərəcəyini təsdiq edib.
Onun sözlərinə görə, tərəflərin razılığı ilə Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrləri yaxın günlərdə Bakıya, Yerevana, eləcə də işğal edilmiş Dağlıq Qarabağa yola düşəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?