anınmış jurnalist İlham Tumas sosial şəbəkdə şəhid olan hərbçilərimizlə bağlı dəyərli bir təklif irəli sürüb. Jurnalistin bu təklifi şəhidlik məqamına yüksəlmiş hərbçilərimizin telefon nömrələrinin söndürülməməsi ilə bağlı olub:
“Səhərin bu alatoranında telefonda Raqub rəhmətliyin telefon nömrəsinə baxıram. Deyirəm, kaş bu nömrədən heç zaman "ya söndürülüb, ya da əhatə dairəsi xaricindədi" sözləri eşidilməyəydi. Görəsən, mobil operatorlarda elə bir texniki dəstək varmı, şəhidlərin telefon nömrələrinə zəng eləyəndə, "siz şəhid Orucov Raqub Cahangir oğluna məxsus nömrəyə zəng etmisiniz! Vətən sağ olsun!"... Bunun ardından da ya hansısa şeir, ya da gözəl bir vətənpərvərlik şərqisi eşidiləydi... Bu da olaydı onların bizə öyüdləri...”
Moderator.az məsələ ilə bağlı İKT üzrə ekspert Osman Gündüzün fikirlərini öyrənib.
O.Gündüz İ.Tumasın bu təklifini müsbət dəyərləndirib: “İlham Tumasın bu təklifi xoşməramlıdır, anlaşılandır. Amma bunun reallaşması təbii ki, mobil operatorlardan asılıdır və bir də şəhid hərbçilərimizin yaxınlarının rəyi olmalıdır. Düşünürəm ki, hansısa bir nömrənin saxlanılması, o nömrəyə hansısa bir xidmətin göstərilməsi ciddi problem olmazdı. Sadəcə ilk öncə şəhidlərimizin valideyinlərinin, yaxınlarının razılığı məsələsi olmalıdır. Çünki bu bir fərdə aid məsələdir, telefon nömrəsi kiminsə şəxsi əmlakıdır, orada onun məlumatları, informasiyaları var. Bu təklif o cümlədən də mobil operatorların dəstəyi ilə bağlı olan məsələdir. Məncə mobil operatorlarda bu nömrələrin saxlanması ilə bağlı elə də böyük xərclər nəzərdə tutulmur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?