GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Beynəlxalq Qırmızı Xaç Azərbaycanın “əsir götürdüyü” erməni hərbçilərinin qaytarılmasına çalışır

Beynəlxalq Qırmızı Xaç Azərbaycanın “əsir götürdüyü” erməni hərbçilərinin qaytarılmasına çalışır

Tarix: 7-04-2016, 16:43 Bölmə :Ölkə Baxış: 0
Beynəlxalq Qırmızı Xaç Azərbaycanın “əsir götürdüyü” erməni hərbçilərinin qaytarılmasına çalışır

Aprelin 1-dən 2-nə keçən gecə Qarabağda başlayan və aprelin 5-də Mokskvada əldə edilən razılaşma ilə dayandırılan irimiqyaslı hərbi əməliyyatlar zamanı tərəflərin itkiləri barədə rəsmi rəqəmlər artıq açıqlanıb.

Virtualaz.org xatırladır ki, Azərbaycan Müdafiə Nazirliyi bu döyüşlərdə 31 hərbçimizin həlak olduğunu bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə guya Qarabağda gedən döyüşlərin onlara dəxli olmadığı, döyüşləri “DQR ordusu”nun apardığı haqda illüziya yaratmaq üçün itkilər haqda danışmır. Bununla belə Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” döyüşlərdə 32 hərbçi itirdiklərini, 25 hərbçinin itkin düşmüş hesab edildiyini açıqlayıb. (Azərbaycan tərəfi isə düşmənin itkilərinin 200-dən çox olduğunu bildirir)

Beynəlxalq Qırmızı Xaç Azərbaycanın “əsir götürdüyü” erməni hərbçilərinin qaytarılmasına çalışır

Azərbaycan tərəfdən itkin düşmüş hesab edilən hərbçilərin sayı açıqlanmayıb. Müdafiə Nazirliyi bu barədə şərh vermir. Bununla belə məlumdur ki, vurulan vertolyotumuzun pilotlarının cəsədləri də daxil olmaqla düşmənin nəzarəti altında, yaxud neytral zonada hərbçilərimizin cəsədləri qalıb.

Cəsədlərin dəyişdirilməsi, əsir götürülən hərbçilərin geri qaytarılmasında vasitəçilik etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə birinci müraciət edən tərəf Ermənistan Müdafiə Nazirliyidir. Ermənistan müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Qırmızı Xaçın İrəvan komitəsinin rəhbəri Zara Amatunini qəbul edərək ondan cəsədlərin dəyişdirilməsi, əsirlərin geri qaytarılması üçün vasitəçilik etməyi xahiş edib.

Hərçənd ki, Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə erməni hərbçilərinin əsir götürüldüyünə dair hər hansı şərh vermir. Bununla belə məlumdur ki, döyüşçülərimiz düşmən mövqelərini ələ keçirərkən onları ciddi itkilərə məruz qoyublar və ermənilər həlak olanların cəsədlərini ataraq qaçıblar. Yəni Azərbaycan tərəfdə də cəsədlər olduğu yəqinləşib. Sağ ələ keçirilən düşmən əsgərləri ilə bağlı məsələ hələ açıq qalır.

Beynəlxalq Qırmızı Xaç Azərbaycanın “əsir götürdüyü” erməni hərbçilərinin qaytarılmasına çalışır

Bu gün isə Beynəlxalq Qırmızı Xaçın İrəvan komitəsinin rəhbəri Zara Amatuni RİA Novosti-yə bildirib ki, onlar döyüşlərdə itkin düşmüş erməni hərbçilərinin qaytarılması üçün dialoq aparırlar.

“Söhbət mübadilədən deyil, hərbçilərin geri qaytarılmasından gedir. Biz onların geri qaytarılması prosesinə kömək etməyə çalışırıq. Bu məsələ ilə bağlı dialoqu və müzakirələri davam etdiririk”-Zara Amatuni bildirib.

Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi deyib ki, hələlik detalları açıqlaya və işlərin hansı mərhələdə olduğunu deyə bilməz. Bəs söhbət hansı erməni hərbçilərinən gedir-öldürülənlərdən, yoxsa sağ ələ keçirilənlərdən? Zara Amatuni bu məsələyə dair şərh verməkdən imtina edib. “Biz tərəflərə fəal kömək göstərmişik ki, itkin düşmüş elan edilən hərbçilərin barəsində dəqiqləşdirmələr aparsınlar. Hazırda biz bu istiqamətdə işləri davam etdiririk”-o deyib. Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi danışıqların məxfi xarakter daşıdığını deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı

    Ermənistanın Qarabağda meyiti tapılan itkin ...

    20-04-2021, 11:16

  • 
  • Düşmənin 1600-a yaxın hərbçisi hələ də “itkindir” - Ümumi itkinin sayı 8 mini keçir

    Düşmənin 1600-a yaxın hərbçisi hələ də “itkindir” ...

    23-02-2021, 21:39

  • 
  • Müdafiə Nazirliyi Sərkisyana cavab verdi: “800 yox, 2000 hektar azad etmişik”

    Müdafiə Nazirliyi Sərkisyana cavab verdi: “800 ...

    18-05-2016, 18:39

  • 
  • Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin sayı açıqlanıb

    Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ...

    5-07-2016, 16:04

  • 
  • Ermənistanın itkiləri - 322 ölü, 500-dən çox yaralı, 50-dən çox itkin

    Ermənistanın itkiləri - 322 ölü, 500-dən çox ...

    15-04-2016, 14:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu