Bu gün Azərbaycan, Rusiya, İran xarici nazirlərinin Bakıda keçirdiyi görüş zamanı maraqlı hadisə yaşanıb.
RİA Novosti agentliyinin yazdığına görə, nazirlər danışıqlar masasına oturarkən zalda olan 70-ə yaxın jurnalist elə qələbəlik yaradıb ki, mühafizə xidməti onları güclə otaqdan kənara çıxara bilib.
Qələbəlik nazirlərin əhval-ruhiyyəsinə təsir etməyib. Fotoqraflar onları çəkdiyi zaman nazirlər zarafatlaşıblar da.
“Onlar hər dəfə məni əlimi burnuma toxunduranda çəkmək istəyirlər” – Rusiya xarici işlər naziri Sergey Lavrov gülərək belə deyib.
Qeyd edək ki, üçtərəfli görüş zamanı Dağlıq Qarabağdakı hadisələr və Xəzər dənizində əməkdaşlıq müzakirə edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?