Gecə boyu və bu saata qədər Füzuli rayonunda atəşkəs pozulmayıb.
Anspress-in məlumatına görə, bu sözləri ANS-in cəbhə bölgəsinə ezam olunuş xüsusi müxbiri Xatirə Məmmədova deyib. Onun sözlərinə görə, təkcə hazırda dayandığı Füzuli rayonunun Alxanlı kəndində deyil, həm də cəbhəboyu digər kəndlərdə, o cümlədən Horadiz şəhərinin mərkəzində də, gecə boyu sakitlik hökm sürüb, atəşkən pozulmayıb:
"Ötən gecə atəşkəs pozulmuşdu. Günorta saatlarında hətta çəkiliş qrupumuz da atəşkəsin pozulmasının sahidi olub. Biz eşidə-eşidə bir neçə dəfə avtomatlardan və iriçaplı silahlardan erməni tərəfi Azərbaycan istiqamətinə atəş açıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub".
Cəbhədə son sutka ərzində baş verən hadisələr barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?