Aprelin 2-nə keçən gecə təmas xəttində başlayan toqquşmalarda ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotlarından olan Urfan Vəlizadənin nəşi ötən gecə ailəsinə təhvil verilib.
APA TV-nin məlumatına görə, şəhid hərbiçimizin cənazəsi yaşadığı Nizami rayonuna gətirilib.
Məlumat üçün bildirək ki, 37 yaşlı mayor Urfan Vəlizadənin hərbi pilot kimi 20 illik təcrübəsi olub. Ali təhsilini bir sıra xarici ölkələrdə alıb. İki övladı var. Böyük qızı 8, kiçiyi isə 1 yaşındadır.
Urfan Vəlizadənin nəşi digər şəhid hərbçilərimizlə birgə ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə geri alınıb. Şəhid mayorumuz Fəxri Xiyabanda digər iki şəhid yoldaşının yanında dəfn ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?