GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiya qoşunu Xankəndiyə girir - Foto

Rusiya qoşunu Xankəndiyə girir - Foto

Tarix: 11-04-2016, 17:39 Bölmə :Ölkə Baxış: 0
Rusiya qoşunu Xankəndiyə girir - Foto

gundemxeber.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hakim Ermənistan Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan və ana müxalifət partiyası Erməni Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan bu məsələdə faktiki olaraq razılığa gəlindiyini bildirib.

Hakim Ermənistan Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan və ana müxalifət partiyası Erməni Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan bu məsələdə faktiki olaraq razılığa gəlindiyini bildirib.
Ermənistanın "Lragir” portalının yazdığına görə, Levon Zurabyan münaqişənin nizamlanması zamanı bir sıra mövqelərin Azərbaycanın əlinə keçməməsi üçün bu addımın atılmasının vacib olduğunu bildirib: "Məgər aydın deyil ki, bu ərazilərdə Azərbaycan silahlı qüvvələrinin peyda olmasına yol vermək olmaz. Bu, Azərbaycan tərəfindən təcavüz təhlükəsinə səbəb ola bilər”.

Əslində, bölgəyə sülhməramlıların yerləşdirilməsi münaqişənin həlli üzrə təklif edilmiş Madrid prinsiplərində də nəzərdə tutulur. Amma Ermənistanda sülhməramlılar dedikdə, Rusiya ordusu başa düşülür və portalın məlumatına görə, artıq Qarabağda Rusiya hərbçiləri peyda olmaqdadır. Bu barədə dərc edilmiş məqalədə bildirilir ki, Qarabağın cənub hissəsində ermənilərin itirdikləri mövqeləri geri qaytarması barədə rəsmi İrəvanın yaydığı məlumat yalandır və əksinə, indi həmin ərazidə ermənilərin əlində qalmış mövqelərdə Rusiya hərbi ekspertləri peyda olub.

Rusiya qoşunu Xankəndiyə girir - Foto

Ermənistan tərəfinin Qarabağa Rusiya qoşunlarını gətirmək istəyi Şuşanın işğalında iştirak etmiş erməni hərbçilərinin yaydığı bəyanatda da bildirilir. Ermənistan prezidenti Serj Sarkisyanı bu istəyinə görə sərt tənqid edən erməni hərbçilər iddia edirlər ki, Rusiya öz məqsədləri üçün Dağlıq Qarabağı Azərbaycana geri qayataracaq. Erməni şərhçilərinin fikrincə, Rusiyanın bu istəyinin arxasında Azərbaycanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara cədb etmək niyyəti durur. Onların fikrincə, bununla da Putinin keçmiş SSRİ-ni bərpa etmək niyyətinin qarşısında duran əsas maneələrdən biri aradan qalxmış olacaq.

Rusiyadan daxil olan zənglərdə də bununla bağlı məlumatlar vurğulanır. Məlumata görə, əslən Novosibirskdən olan rusiyalı gənci bu günlərdə xidmət etdiyi Çitadan Qarabağa gətirilib. Gəncin atası orada yaşayan azərbaycanlılara müraciət edərək Qarabağdakı vəziyyətlə maraqlanıb.


Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirb ki, Ermənistanda sülhməramlılar barədə bu cür təzadlı fikrinlərin səsləndirilməsinin arxasında məhz Rusiya durur: "Rusiyanın Dağlıq Qarabağı Azərbaycana qaytaracağı barədə deyilənlən hamısı cəfəngiyyatdır. Moskvanın əsas məqsədi Şuşada hərbi baza yaratmaqdır. Bəzi məlumatlara görə, Şuşada artıq Rusiya hərbçiləri var, amma Moskvanın məqsədi buna hüquqi don geyindirməkdir”.

Qabil Hüseynlinin fikrincə, Rusiyanın buna nail olması Azərbaycan üçün ərazi itkisi ilə birdəfəlik razılaşmaq deməkdir: "Regiona sülhməramlı sifəti ilə Rusiya qoşunlarının yeridilməsindən sonra Azərbaycanın işğal olmuş torpaqlarda anti-terror əməliyyatları aparmaq imkanı sıfra enəcək. Beləliklə, bölgə birdəfəlik Bakının nəzarətindən kənara çıxacaq. Qaçqınların dinc yolla işğal olmuş ərazilərə geri qaytarılması da mümkün olmayacaq. Buna görə də, biz bu variantın qəti əleyhinə çıxmalıyıq”.

Rusiya qoşunu Xankəndiyə girir - Foto

Politoloqun fikrincə, Azərbaycan Qarabağa sülhməramlıların gəlməsinə də razılıq verə bilər, amma bu birləşmələr yalnız Rusiya qoşunlarından olmamalıdır: "Bu qoşunların tərkibində Türkiyə, Amerika. Qazaxıstan, Almaniya və s. kimi ölkələrin təmsilçiləri olmalıdır. Azərbaycan istəsə buna nail ola bilər. Çünki Amerika yalnız Rusiya əsgərlərindən ibarət sülhməramlılar variartının əlyehinədir. Çünki bu, Cənubi Qafqazın tamamilə Rusiyanın nəzarətinə keçməsi deməkdir”.

Politoloq bu fikirlərində haqlıdır. Erməni seperatçıları həmişə Dağlıq Qarabağın Rusiyanın nəzarətinə keçməsinin tərəfdarı kimi çıxış ediblər. Bu fikir Qarabağ münaqişəsinin əsas banilərindən biri, erməni cəlladlarının fikir atası Zori Balayanın bir-iki ilə qabaq Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubda daha qabarıq vurğulanırdı. Azərbaycan ən azından bu cəlladın arzusunun çin olmasına mane olmalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ermənistan parlamenti “DQR”in müstəqilliyini tanımadı

    Ermənistan parlamenti “DQR”in müstəqilliyini ...

    13-11-2013, 14:12

  • 
  • Serj Sarkisyanın baş nazir postuna namizədliyi - rəsmən təsdiqlənib

    Serj Sarkisyanın baş nazir postuna namizədliyi - ...

    16-04-2018, 17:58

  • 
  • “Atletiko” Qrizmann və Ernandeslə müqaviləni uzatdı – rəsmi

    “Atletiko” Qrizmann və Ernandeslə müqaviləni ...

    19-06-2018, 11:36

  • 
  • “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə dünyasını dəyişdi – Şirkət rəhbərinin intihar etdiyi iddia olunur

    “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə ...

    15-09-2018, 11:30

  • 
  • Tovuzda ər arvadını bıçaqladı

    Tovuzda ər arvadını bıçaqladı ...

    11-06-2018, 11:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu