Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tanınmış hərbiçi, mayor Ramil Səfərovun Vətənə qaytarılması ilə bağlı çıxışı sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Belə ki, son günlər döyüş meydanında qalmış Azərbaycanın hərbi qulluqçularının meyitlərinin vətənə qaytarılması bu məsələyə diqqəti artırıb.
Sözügedən videoda prezident çıxışı zamanı bildirir ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq hər dəfə öz imkanlarını ortaya qoyub və vətəndaşlarını Vətənə geri qaytarıb:
"Ramil Səfərovu Vətənə geri qaytardıqdan sonra Azərbaycana qarşı xeyli təzyiqlər oldu. Amma bu təzyiqlərin heç bir əsası yoxdur, Azərbaycan öz zabitini Vətənə qaytarıb. Vəssalam, kim nə deyir, desin məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik. İkincisinə qalan yerdə, heç bir qanunu pozmamışıq. Hər şeyi ədalətli qaydada etmişik. Ramil Səfərov Vətənə qaytarıldı və mən onu dərhal əfv etdim. Bu mənim konstitusional hüququmdur. Ona görə burada ittihamlara, təzyiqlərə yer qalmır. Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir insandır. Onun doğulduğu şəhər işğal altındadır və 8 ildən çox cəza çəkmişdi. Hər şey ədalətli idi, o qayıtdı və Azərbaycanda yaşayır və orduda xidmət edir".(big.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?