Bu barədə informasiya verən məlumatlı mənbə iddia edir ki, Gənclər və İdman Naziri Azad Rəhimov zamanında açıq şəkildə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovla dostluq əlaqələrində olmaqla yanaşı, həm də sabiq MTN şefi ilə ortaq biznesə də baş vurubmuş.
Mənbə iddia edir ki, indi həmin bisnes əlaqələri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Mənbənin söylədikləri:
Daha bir şirkətin adı "MTN işi"ndə hallandırılır...
"GİN-in bir sıra dövlət sifarişlərinin icrasında (əsasən idman avadanlıqları və mebellərin alınmasında) müəmmalı bir şirkətin izi keçir ki, nazirin imzası ilə məqsədli olaraq həmin şirkətə təkcə 1-ci Bakı Avropa Oyunları ərəfəsində dövlət büdcəsində 300 milyon manata yaxın vəsait həsm etdirilib. Bu, yeganə fakt deyil və aparılan araşdırmalar nəticəsində Azad Rəhimovla Eldar Mahmudovun ortaqlığını sübutlayan, bunun da nəticəsində böyük korrupsiya halının qeydə alındığını təsdiqləyən faktlar ortaya çıxıb".
gundemxeber.az Dia.az-a istinadən bildirir ki, bununla əlaqədar redaksiyaməıza yeni informasiyalar veriləcək. Bizi izləməkdə davam edin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?