GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aşıq Hüseyn Saraçlının yüzillik yubleyi qeyd olundu

Aşıq Hüseyn Saraçlının yüzillik yubleyi qeyd olundu

Tarix: 20-04-2016, 23:25 Bölmə :Ölkə Baxış: 0
Aşıq Hüseyn Saraçlının yüzillik yubleyi qeyd olundu

Aprelin 16-da doğulduğu Saraçlı kəndində məşhur ustad aşıq Hüseyn Saraçlının 100 illik yubileyi qeyd olundu. Tədbirdə iştirak edə bilməsəm də Ustadın müqəddəs ruhuna ehtiram olaraq deməyə sözüm var.
“Tütək səsi” filmində Aşıq Hüseyn Saraçlının çaldığı “Ürfanı” havasını yəqinki çoxları dinləyib. Həmin filmə niyə məhz bu saz havasının, özü də Hüseyn Saraçlının ifasında salındığı barədə müxtəlif fikirlər söyləmək olar, amma anladığım bir şey var ki, “Ürfanı” gerçək ərənlərin, ürfan əhlinin havasıdır. Bu hava Hüseyn Saraçlının ifasında öz klassik formasına daha sədaqətli səslənirdi.
Saz Borçalının simgəsidir. Borçalı öz sazının qüdrətilə zamanla müxtəlif adlar altında tarix səhnəsinə çıxmış Bütöv Azərbaycanın ruhunu təşkil edir. Bu fikrimi Səfəvilər dövləti qurularkən Şah İsmayıl Xətainin sarayına sazın məhz Borçalıdan getməsi faktı da təsdiqləyir.
Bütün simli musiqi alətlərinin anası olan saz Borçalı aşıqlarının simasında XX əsr aşıq sənətinin şah zirvəsini fəth edib. Həmin dövr aşıq sənətinin fatehləri sırasında Xındı Məmməd, Quşçu İbrahim, Məsim Bəyazidli, Sadıq Sultanov, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev, Alxan Qarayazılı, Aşıq Göycənin və neçə-neçə başqalarının adını çəkmək olar. Bu aşıqların sırasında özünəməxsus yeri, klassik üsluba sadiq, özəl improvizasiyalara malik olan Aşıq Hüseyn Saraçlı da var. Hüseyn Saraçlının adını sonda çəkməklə bu yazını ona həsr elədiyimi bir daha oxucunun diqqətinə çatdırmaq istəyirəm.
Aşıq Hüseyn sənətin elə bir dövründə yaşayırdı ki, burada XX əsrin aşıq sənəti tarixində qalmağın yalnız iki yolu vardı. Bu, səhnəyə ya klassik formanın mükəmməl mühafizəkarı, ya da novator ifaçı kimi çıxmaqla mümkün idi. O dövr üçün yaranmış aşıq musiqisi prosesinin modernləşmə qütbünü Aşıq Əmrah, Sadıq Sultanov və Xan Kamandar tutmuşdusa, klassik üslubun mühafizəkarı qütbünü Hüseyn Saraçlı təkcə öz boynuna götürmüşdü. Qeyd edim ki, aşıq sənətindəki bu qütbləşmə hər iki istiqamətdə öz möhtəşəmliyini isbat edə, böyük nailiyyətlərə imza ata bildi.
Hüseyn Saraçlı sənəti klassik aşıq sənətinin bütün tələblərinə cavab verməklə dastançılıq yolunda da öz xüsusi yerinin olduğunu ictimaiyyətin diqqətinə çatdıra, folklor və aşıq sənətinin tarixinə yaza bildi. Onun dastanlara öz improvizasiyasını qatması dinləyicilərə özəl bir zövq verirdi. Bu, Hüseyn Saraçlının dilimizin zənginliyini içinə hopdurması səbəbindən doğurdu. Eyni zamanda, o, dastanı dilimizin qrammatik formasında deyil, əksinə el dilində danışmağa, hətta dialoqları obrazların məxsus olduğu regionun, hadisələrin cərəyan etdiyi bölgənin şivəsində dinləyiciyə çatdırmağa üstünlük verirdi. Bu üslub və ya yanaşma onu aşıqsevərlərə xüsusilə sevdirdi. Hüseyn Saraçlının keçirdiyi məclislər, onun toy-nişanda ifa etdiyi mahnılar və söylədiyi əfsanələr, əhvalatlar, gülməcələr, atmacalar öz təsirini təkcə ictimai şüurun formalaşmasına deyil, həm də Borçalı ədəbi mühitinin, aşıq poeziyasının inkişafına öz təsirini göstərirdi. O, ictimai düşüncəni ürfan ədəbiyyatına, Qurani-Kərimi təfsir edən poeziyaya, yeri gəldikcə nəti-şərifə, Xalq dastanlarında mifləşdirilmiş obrazların təhlilinə və bu obrazların dastan boyu səfər etdikləri məkanların, orada göstərdikləri qəhrəmanlıq nümunələrinin özəl xüsusiyyətlərinə yönəldirdi. Hüseyn Saraçlı eləcə də, öz maraqlı söyləmələri ilə dinləyicini Dirili Qurbani, Xəstə Qasım, Xəstə Hasan, Abbas Tufarqanlı, Qul Qarani, Qul Allahqulu, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Şair Ağacan, Şair Nəbi, Novruz Təhləli və s.kimi böyük ədibləri dərk etməyə sövq edirdi. Çünki bu aşıq və şairlərin yaradıcılıq nümunələri, eyni ilə də Hüseyn Saraçlının əsərləri dinləyiciyə çatdırma ustalığı tarixi yaddaşın qorunmasına, türkçülük ruhunun diri tutulmasına, milli şüurun inkişafına stimul verən əvəzsiz bir xidmət idi.
Aşıq Hüseyn Saraçlı öz davranışı, qabiliyyəti, ustadlığı, insanlıq göstəriciləriylə elə bir aşıq obrazı yaratmışdı ki, insanlar onu adi deyil, eldə fövqəl bir varlıq kimi qarşılayırdılar. Buna baxmayaraq, o, çox sadə, ürəyiaçıq, səxavətli, elin imicininin uca görünməsinə çalışan, dədə-
babadan miras qalmış Borçalı kişilik obrazının əlamətlərinə sadiq qalan mükəmməl bir insan idi. Bu gün də söhbətlər arası ondan sitatlar gətirilir, onun yaratdığı səhnələr, lətifələr, başına gələn əhvalatlardan ağızdolusu və fəxarətlə bəhs edilir.
Elbəyi Cəlaloğlu

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tanınmış aşıq vəfat etdi

    Tanınmış aşıq vəfat etdi ...

    26-03-2016, 13:48

  • 
  • Tanınmış azərbaycanlı aşıq dəfn olundu - YENİLƏNİB

    Tanınmış azərbaycanlı aşıq dəfn olundu - YENİLƏNİB ...

    10-01-2018, 16:27

  • 
  • Tanınmış balaban ifaçısı dünyasını dəyişdi

    Tanınmış balaban ifaçısı dünyasını dəyişdi ...

    17-04-2017, 10:06

  • 
  • 21 bıçaq zərbəsilə qətlə yetirilən qadın aşıq – VİDEO

    21 bıçaq zərbəsilə qətlə yetirilən qadın aşıq – ...

    1-08-2017, 20:33

  • 
  • Səhhəti pisləşən aşıq Azər Türkiyədən Malayziyaya aparıldı

    Səhhəti pisləşən aşıq Azər Türkiyədən Malayziyaya ...

    8-04-2016, 11:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu