Aprel ayının əvvəllərində ön cəbhədə baş vermiş məlum hadisədən sonra Ermənistanın hirsi-hikkəsi hələ də soyumayıb. Politoloqlar hesab edilər ki, Ermənistan danışıqlara gedib Qarabağ məsələsini sülh yolu ilə həll etməkdənsə, Azərbaycana qarşı hər hansı bir yolla zərbə vurmağa çalışır. Qudurmuş düşmən Qarabağdan Sərsəng və Mingəçevir su anbarlarını raket zərbəsi ilə vura bilər. Bununla bağlı təklif edirlər ki, Azərbaycan dünyaya müraciət etməlidir. Bildirməlidir ki, Ermənistanın ya öz sərhədləri daxilindən, ya da işğal altındakı Qarabağdan Sərsəng və Mingəçevir su anbarlarını raket zərbəsi ilə vuracağı təqdirdə Azərbaycan Metsamor atom elektrik stansiyasını və İrəvanın mərkəzini bombalayaraq qarşılıq verəcəkdir. Azərbaycan XİN-i bu barədə bütün böyük dövlətlərə məlumat verməli, Sərsəng və Mingəçevir su anbarlarının Ermənistan tərəfindən vurulacağı məsələsini gündəmə gətirməlidir.
Moderator.az açıqlama verən «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, Ermənistan tərəfindən belə təhdidlər artıq səsləndirilib:
“Texniki baxımdan da bu, mümkün olan bir şeydir. Eyni zamanda təkliflər var ki, Azərbaycan da Ermənistanı Metsamor atom elektrik stansiyasını vurmaqla təhdid etsin. Bu təklif bir qədər təhlükəli variantdır. Çünki Metsamor atom elektrik stansiyasınına zərbə endirmək geniş anlamada bütün bölgə, həm Türkiyə, həm Cənubi Qafqaz, həm Şimali Qafqaz, həm İran üçün çox ağır fəsadlar verə biləcək hadisə olar. Təbii ki, bu fikri yalnız bir xəbərdarlıq, təhdid kimi səsləndirmək olar. Digər tərəfdən isə Ermənistanın bu hədələrinə mütləq beynəlxalaq diqqət çəkmək lazımdır. Ermənistan özünün məğlubiyyətini həzm edə bilmədiyindən təhrikçi bəyanatlarala çıxış etməsin, bölgədə daha miqyaslı, ağır fəsadlar yara biləcək müharibəyə sövq eləməsin deyə tədbirlər görülməlidir. Mənə elə gəlir ki, bu məsələ diplomatik şəkildə çözülməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?