GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı 4 günlük müharibədə itkilərini açıqladı - rəsmi

Bakı 4 günlük müharibədə itkilərini açıqladı - rəsmi

Tarix: 22-04-2016, 00:06 Bölmə :Ölkə Baxış: 0
Bakı 4 günlük müharibədə itkilərini açıqladı - rəsmi

“Beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə etinasızlıq və beynəlxalq hüququn kobud şəkildə pozulması şəraitində Ermənistan işğala əsaslanan hazırkı status-kvonu qoruyub saxlamağa, işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu gücləndirməyə, ərazilərin demoqrafiq, mədəni və fiziki xarakterini dəyişməyə, zorla məcburi köçkün edilən yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmasının və bu ərazilərdəki mülkiyyətinə sahib olmasının qarşısını almağa xidmət edən cəhdlərini davam etdirir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, bununla yanaşı, davamlı şəkildə atəşkəsin pozulması, azərbaycanlı mülki əhalinin həlak olması və yaralanması ilə nəticələnən Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca və hər iki dövlətin sərhədində yerləşən Azərbaycan şəhərləri və kəndlərinə hücumlar son dövrlər daha intensiv və zorakı xarakter alıb: "Azərbaycan Respublikası bu xüsusda öz qəti etirazını və ciddi narahatçılığını dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikası onu da dəfələrlə bəyan edib ki, onun ərazilərinin hərbi işğalı həll yolu deyildir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaq”.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafında davam edən hərbi münaqişə Azərbaycan ərazilərinin təqribən beşdə birinin işğalı və ölkə əhalisinin hər doqquz nəfərdən birinin məcburi köçkün və ya qaçqın olması ilə nəticələnib: “Ermənistan Respublikası Azərbaycana qarşı müharibənin başladılması və gücdən istifadə etməklə onun torpaqlarının işğalı, eləcə də kütləvi etnik təmizləmənin həyata keçirilməsi və münaqişə dövründə digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət sərt şəkildə Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalının nəticələrini ardıcıl formada qınayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib.

2 aprel 2016-cı il tarixində səhər tezdən Ermənistan Silahlı Qüvvələri işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə Azərbaycanın nəzarəti altında olan mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. Beləliklə, 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib. Bundan başqa, 357 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, 30 transformator, eləcə də su anbarları, qaz boruları, yollar və digər mülkiyyətə ciddi ziyan vurulub. 2016-cı il 18 aprel tarixinə kimi Ermənistan silahlı qüvvələrinin hücumlarının nəticələrinə dair yenilənmiş məlumat əlavə edilir.

Ermənistanın hücum xarakterli əməlləri həmçinin, Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanmasına səbəb oldu. 10 aprel 2016-cı il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflər arasında son gərginliyin ardınca həlak olmuş şəxslərin cəsədlərinin təhvil verilməsi məsələsinə köməklik göstərdi. Sonradan həyata keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının cəsədlərində ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınıb.

Ermənistan qəsdən həyata keçirdiyi hücum fəaliyyəti ilə 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini sarsıdıb və münaqişənin sülh yolu ilə həlli perspektivlərini zərbə altına qoyub. 5 aprel 2016-cı il tarixində Rusiya Federasiyasının vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında atəşkəs barədə razılığa gəlindi. Buna baxmayaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və qoşunların təmas xətti boyunca yerləşən şəhər və kəndlərini iri-çaplı silahlar, minaatanlar, qumbaraatanlar və artilleriyadan atəşə tutmaqla o razılaşmanı pozmaqda davam edir.

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insanı davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları, Mülki və siyasi hüquqlara dair beynəlxalq pakt, İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.

Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış müharibənin səbəb və nəticələrinin hərtərəfli qiymətləndirilməsi nəticəsində tam şəkildə aydın olur ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər pərakəndə və ya təsadüfi hallar olmayaraq, Ermənistanın geniş yayılmış və sistematik xarakter daşıyan siyasətinin və zorakılıq təcrübəsinin tərkib hissəsidir. Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə çıxarılmasına xidmət edəcək.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud şəkildə pozduğuna görə Ermənistanı qınamağa və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər. Azərbaycan Respublikası münaqişənin siyasi yolla nizamlanmasına nail olunması və regionda sülh və ədalətin təmin olunması üçün səylərini əsirgəməyəcək”.

Bakı 4 günlük müharibədə itkilərini açıqladı - rəsmi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Düşmən ağır silahlardan istifadə edir - RƏSMİ

    Düşmən ağır silahlardan istifadə edir - RƏSMİ ...

    26-07-2017, 17:16

  • 
  • Azərbaycandan Qarabağla əlaqədar RƏSMİ BƏYANAT

    Azərbaycandan Qarabağla əlaqədar RƏSMİ BƏYANAT ...

    26-07-2017, 13:50

  • 
  • Azərbaycan XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

    Azərbaycan XİN: Ermənistan XİN-in bəyanatı ...

    22-10-2020, 20:31

  • 
  • İtaliya Parlamentinin senatoru Sercio Divina Ermənistanın təcavüzünü pisləyən bəyanatlar verib

    İtaliya Parlamentinin senatoru Sercio Divina ...

    8-07-2017, 22:35

  • 
  • Azərbaycan XİN: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür

    Azərbaycan XİN: Məsuliyyət tam olaraq ...

    27-09-2020, 13:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu