Xəsarət alan olmasa da avtomobil yararsız vəziyyətə düşüb
Ucarda ağacın avtomobilin üzərinə aşması faktı qeydə alınıb.
RegionXəbərləri.com-un məlumatına görə, hadisə Ucar şəhəri Oğuz küçəsi ərazisində baş verib. Ağacın gövdə hissəsi tamamilə nəqliyyat vasitəsinin üzərinə düşdüyü üçün avtomobil, iki hissəyə bölünərək demək olar ki, istifadəyə yararsız hala düşüb.
Şahidlərin sözlərinə görə həmin ağaclar bir neçə vaxtdır ki, təhlükəli vəziyyətdə olmaqla hər zaman aşma ehtimalı var idi.Bu gün havanın yağışlı və küləkli olması ağacın aşmasına səbəb olub. Xoşbəxtlikdən, sürücü nəqliyyat vasitəsinin içərisində olmayıb və hadisə xəsarətsiz ötüşüb. Avtomobilin sahibi deyir ki, heç 10 dəqiqə olmazdı ki, maşını saxlayıb bankomatdan pul çıxarmağa getmişdim.
Hadisə yerinə gələn Ucar Rayon Polis Şöpbəsinin əməkdaşları tədbirlər görürlər.
Sorğu
Yeni dizaynımız necədir?