Mədə-bağırsaq sisteminin sağlamlığı dişlərin sağlamlığı ilə bilavasitə bağlıdır.
gundemxeber.az saglamolun.az-a istinadən xəbər verir ki, həkimlər hər qida tikəsini ən azı 20 dəfə çeynəməyi tövsiyə edirlər. Qida ağız boşluğunda pis çeynəndikdə mədə-bağırsaq sistemi həddindən artıq yüklənir ki, bu da müxtəlif pozulmalara səbəb olur.
Həkimlərin sözlərinə görə, hətta 1 dişin əskikliyi çeynəmə prosesini pozur. Ağız boşluğunda olan mikroblar qan axını ilə müxtəlif orqan və sistemlərə düşərək burada iltihabın yaranmasına səbəb ola blər.
Bundan əlavə kariyesli dişlər, xəstə damaqlar orqanizmdə xroniki infeksiya mənbəyidir. Bu isə immun sisteminə böyük zərbə vurur, immun sistemini zəiflədir.
Amerika və İngiltərə alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, ürəyin sağlamlığı ilə dişlərin sağlamlığı arasında sıx əlaqə var. Alimlər bir neçə il ərzində müxtəlif ürək xəstəliklərdən əziyyət çəkən insanların məlumatlarını analiz edirdilər. Alimlər fikir veriblər ki, ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkən insanların bir çox hissəsində həmçinin diş və damaq xəstəlikləri mövcuddur.
Diş və damaqların xəstəlikləri damarlarda trombların əmələ gəlmə riskini artırır. Damarlarda trombların olması çox təhlükəli vəziyyətdir. Qan laxtası olan tromb ürəkdə və ya beyində damarı tam bağlaya bilər ki, bunun nəticəsində insanda insult və ya infarkt inkişaf edə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?