GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının bu rayonu ağac qatillərinin əsarətində

Bakının bu rayonu ağac qatillərinin əsarətində

Tarix: 23-04-2016, 14:47 Bölmə :Ölkə Baxış: 0
Bakının bu rayonu ağac qatillərinin əsarətində

Arif Qasımov Siyəzəndən sonra Nizamini viran qoyub

Paytaxtın böyük regionlarından birində yaşıllıqların qətliamı kütləvi və intensivləşib, icra başçısının təbiətə qənim kəsilən komandasının siyahısı ifşa edilib; rayonun problemləri və icra hakiminin biznes imperiyası “Gündəm-xəbər”də

Paytaxtın Nizami rayonunun taleyində nə varsa, hər gələn məmurun prioritet vəzifəsi yaşıllıqları məhv etmək olur. İlk baxışdan belə güman etmək olar ki, artıq yeni gələn icra başçısı üçün qırmağa nə ağaclar, satmağa nə səkilər, yollar qalacaq.

Nizamidə ağac qalmadı..

Lakin Siyəzəndən Nizami rayonuna təyinatı dəyişən Arif Qasımov üçün belə bir problem yoxdur. Nizaminin yeni icra başçısı satmağa qarış-qarış ərazilər də kəşf edə bilir, kəsməyə yaşıllıqlar da. Və buna dair faktlar ara-sıra mətbuatda tirajlanıb.

Amma yazılanların heç bir əks-sədası olmayıb. Nə Nizami rayon İcra Hakimiyyəti “yaşıl soyqırım”a “dur” deyib, nə Ekologiya və Təbi Sərvətlər Nazirliyi addım atıb. Beləliklə, günbəgün keçəlləşən Bakının Nizami rayonunda kölgəliklər məhv edilir, təbiətə qarşı vandalizm davam etdirilir, insanların istirahəti, rahatlığı, hava alması üçün olan ağaclar qurban verilir. Təbii ki, sual meydana çıxır – Arif Qasımov yaşıllıqlardan nə istəyir?

Bununla bağlı “Gündəm-xəbər”ə apardığı araşdırma zamanı bir sıra faktlar ortaya çıxıb. Arif Qasımovun "ağac soyqırımı” ilə məşğul olan mütəşəkkil dəstəsində yaxın dostu olduğu deyilən iş adamı var. Məlumatda bildirilir ki, həmin şəxs bu ekoloji cinayəti icra başçısına güvənərək həyata keçirib. Çünki A.Qasımov Nizami rayonunda tikinti işlərini ona həvalə edib.

Mətbuat xəbər verir ki, bir müddət əvvəl Qara Qarayev prospektində - "8-ci kilometr bazarı”nın yaxınlığında ağacların qırılması faktı qeydə alınıb. Bundan başqa, hazırda metronun "Neftçilər” stansiyasından üzü "Xalqlar dostluğu” istiqamətinə gedəndə yolun sağında - 9 mərtəbəli binaların qarşısındakı yaşıllıqlar da məhv edilib və yerində təyinatı hələ bəlli olmayan obyektlər tikilir.

Şöbə müdirinin əsas “vəzifəsi”

Əslində isə ərazidə “yaşıl soyqırımı” aparan Nizami rayon İcra Hakimiyyətidir və “yaşıl soyqırıma” icra başçısının ən yaxın adamlarından biri, Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Tariyel Tahirov birbaşa rəhbərlik edir.

Hətta iddalara görə Nizami rayonunda ağacları gecələr Tariyel Tahirovun işçiləri kəsirlər və bundan da icra başçısı Arif Qasımovun birbaşa xəbəri var. Çünki vaxtı ilə Nizami rayonunda Bələdiyyə sədri vəziəsində işləyən Arif Qasımov bu cür “əməliyyatları” çox həyata keçirib.

İcra başçısının komandasına çox yaxın olan bir sahibkarın verdiyi dəqiq bilgiyə görə ərazidəki ağac soyqırımını Nizami rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovun işçiləri həyata keçirirlər.

Onlar satış məqsədi ilə seçilən və artıq müştəisi olan ərazidə gecələr mütəmadı olaraq bir neçə ağac qırıb yoxa çıxartmaqla ərazini bir müddətdən sonra tamamilə “təmizləirlər”. Bundan sonra isə ərazinin yeni sahibi ortaya çıxır və ərazini çərləyərək işiə başlayır.

Siyəzən rayonunda icra hakimiyyətinin həyata keçirtdiyi bütün tikinti, təmir işlərinə və büdcə təşkilatlarına nəzarəti də məhz Tariyel Tahirov həyata keçirib. İndi isə o köhnə işini Nizami rayonunda davam etdirir.

Belə ki, Arif Qasımov və yaxın adamları rayoun bütün ərazilərinə tökülərək boş yerlərin hamısını qeydiyyata alaraq zəbt edirlər.

Çünki uzun müddət indiki Nizami rayonuna icra başçısı gələcəyini xəyal edən Arif Qasımov bu gün istəyinə çatmaqla bərabər, yerdə qalan boş əraziləridə məhz “mənim olmalıdır” anlayışı ilə işləyir.

Qardaşı Vüqar Qasımovun əməlləri

Onun icra etdiyi tikinti layihələrinə, ümumiyyətlə biznesinin idarə olunmasına qardaşı Vüqar Qasımov nəzarət edir. Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar.

Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb. Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, Arif Qasımovun qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak edib. Belə ki, iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən “Pürrəngi” çayxanasında atışma olub.

Nərimanov rayon prokurorluğunun məlumatına görə, Münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Böyük bir rayonun sakinləri qaz, işıq, su, kanalizasiya problemləri girdabında boğulur. Bundan başqa, təməli keçmiş icra başçısı Mehbalı Əliyevin vaxtında qoyulan problemlər də aradan qaldırılmayıb. Əksinə, rayonda qanunsuz tikinti-söküntü işləri bu gün də davam edir ki, bu da sakinlər arasında narazılığı daha da artırır.

Başçının biznesinin - Siyahısı

Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir.

Məlumatlı mənbə bildirir ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi . Mənbə bildirir ki, hazırda bu proses Nizami rayonunda davam etdirilir.

Amma Arif Qasımovun biznesi Siyazənlə məhdudlaşmır. Əldə etdiyimiz faktlara əsasən, onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir.

Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir.

Sultan Süleyman taxtı

Onu da bildirək ki, Nizami rayon rəhbəri az əvvəl şah taxtı olan kresolusu ilə medianın gündəminə gəlmişdi. Artıq məlum foto rəsmi saytdan yığışdırılıb. İH başçısının kabinetində oturduğu kreslonun böyüklüyü və əzəməti istər-istəməz gözə çarpırdı. İxtisasca hüquqşünas olan və vəzifə mərtəbələrini pillə-pillə çıxan Arif Qasımovun belə əzəmətli kresloya həvəsi hər halda təsadüf ola bilməz.

Ötən il Rusiya saytlarının dövlət başçılarının iş otaqları haqda yaydığı xəbərdə Azərbaycan prezidenti İlham Əliyevin kabineti də daxil bir çox ölkə rəhbərlərinin kabinetlərinin fotosuna yer verilmişdi. Lakin heç bir prezidentin, baş nazirin kreslosu Arif Qasımovun kreslosundan daha əzəmətli deyildi.

Bu fotonu yayılmasından sonra rayon icra başçısı rəsmi saytdan həmin şəkli yığışdırıb və yenisi əlavə olunub. İcra başçısı vəzifə alverində adının çəkilməsi ilə də gündəmə gəlib. Arif Qasımov "Gülərqeyt” əməliyyatına oxşar hadisədə iştirakçı olub. Siyəzənə rəhbərlik etdiyi dövrdə ona Rusiyadan gələn iş adamı Ramazan Səlimovun müavini olması təklif edilib. Qasımov kimdir?

Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd edir. İş adamı istintaq ifadəsində deyib ki, bu işdə Arif Qasımov da iştirak edib. Həsən Əliyev Ramazan Səlimovu öz "Range Rover”i ilə Siyəzənə apararaq bu rayonun icra başçısı Arif Qasımovla görüşdürüb. Həmin görüşdə Ramazan Səlimovun RİH başçısının birinci müavini postuna təyinatı məsələsi müzakirə olunub. Arif Qasımov bildirib ki, məsələni öyrənib bir neçə gündən sonra cavab deyəcək. İki gündən sonra cavab gəlib ki, birinci müavin yerli sakin olmalıdır. Ona görə də Ramazan Səlimova rayonda peşə məktəbinin direktoru vəzifəsini təklif edib, lakin o, razılaşmayıb.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi işləyib.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nizaminin icra başçısı yola salınır - SƏBƏBİ DƏ VAR...

    Nizaminin icra başçısı yola salınır - SƏBƏBİ DƏ ...

    14-06-2018, 18:00

  • 
  • Bakıda növbəti “ağac qətliamı”...

    Bakıda növbəti “ağac qətliamı”... ...

    4-09-2014, 19:52

  • 
  • Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA

    Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA ...

    25-01-2021, 12:15

  • 
  • İcra başçısı toyda ofisiantı döydü!– “Neolit” restoranında kütləvi dava

    İcra başçısı toyda ofisiantı döydü!– “Neolit” ...

    2-09-2016, 12:24

  • 
  • Nizami rayonuna 2 ildir rəhbərlik edən Arif Qasımovu tanıyırsınızmı? - İLGİNC FAKTLAR

    Nizami rayonuna 2 ildir rəhbərlik edən Arif ...

    23-06-2018, 14:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu