GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dünya liderlərindən Sarkisyana ZƏRBƏ

Dünya liderlərindən Sarkisyana ZƏRBƏ

Tarix: 26-04-2016, 00:49 Bölmə :Ölkə Baxış: 0
Dünya liderlərindən Sarkisyana ZƏRBƏ

Ermənistan ötən gün qondarma erməni soyqırımının 101-ci ildönümünü qeyd etdi. Bu il Ermənistanda “soyqırım” ötən ilə nisbətən çox sönük keçirildi.
Rəsmi İrəvan 2015-ci ildəki kimi dünyanın nüfuzlu şəxslərinin gələcəyini düşünürdü. Erməni mətbuatı tədbirlərdən əvvəl yazırdı ki, Roma papası Fransisk, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun və digər nüfuzlu dövlət rəhbərləri "soyqırım" tədbirlərində iştirak etmək üçün İrəvana gələcəklər.
Çünki qondarma soyqırımın 100-cü ildönümündə bütün etirazlara baxmayaraq Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Serbiya prezidenti Milorad Dodik və digər hökumət rəhbərləri iştirak etmişdi.
Amma bu il Ermənistana yalnız Hollivud ulduzu Corc Kluni, həyat yoldaşı vəkil Amal Kluni, bir neçə qəzetin redaktoru və erməni porno ulduz Kim Kardaşyan gəldi. Ermənistan həmçinin nüfuzlu dövlət rəhbərlərinin “soyqırımı” tanıması üçün Türkiyəyə müraciət edəcəyini gözləyirdi.
Çünki 2014-cü ildə Fransa prezidenti Fransua Olland Türkiyəni qondarma erməni soyqrımını tanımağa çağırmışdı. Həmçinin ermənilər ABŞ-dan hər il gözlədiyi “soyqırım” ifadəsini bu il də eşitmədilər.
Bu il keçirilən qondarma soyqırım tədbirlərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu anspress-ə açıqlamasında bildirdi ki, artıq dünyanın nüfuzlu dövlətləri Ermənistanın yalanlarına inanmır.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi çox çalışdı amma heç bir dünya liderini İrəvana gətirə bilmədi.
“Onların gücü yalnız hansısa erməni iş adamının hesabına Corc Klunini gətirməyə çatdı. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov istəsə İrəvan 24 apreldə gələrdi. Amma Lavrov belə “soyqırım”dan 2 gün əvvəl İrəvana tələsik gəldi və geri döndü. Heç bir dünya mətbuatı “soyqırım” barədə yazmadı. Bütün bunlar beynəlxalq ictimaiyyətin qondarma erməni soyqırımına marağının azaldığını göstərir”,-deyə siyasi şərhçi bildirdi.
Elxan Şahinoğlu bildirdi ki, burada Türkiyənin də nüfuzunun artmasını qeyd etmək lazımdır. Onun sözlərinə görə, hazırda dünyanın aparıcı dövlətləri regional proseslərə heç bir təsiri olmayan Ermənistanla deyil, siyasi və iqtisadi cəhətdən güclü Tükiyə ilə əməkdaşlığa can atır. “Ona görə də dövlətlər Türkiyəni narazı salacaq addıma atmaqdan çəkinirlər. Çünki Avropa dövlətləri Suriya və İraqda Türkiyənin təsirini yaxşı başa düşür”,-deyə Elxan Şahinoğlu bildirdi.
Həmçinin məlumdur ki, aprelin əvvələrində Azərbaycan – Ermənistan təmas xəttində vəziyyət gərginləşdi. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf məğlub formada geri çəkilməli oldu.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü , millət vəkili Aydın Mirzəzadə bildirdi ki, “soyqırım”ın bu il çox sönük formada qeyd edilməsinin səbəblərindən biri də Azərbaycan ordusunun bu ay əldə etdiyi uğurlardır. Onun sözlərinə görə, bu cavab tədbirlərindən sonra nüfuzlu dövlətlər Ermənistanın zəif olduğunu bir daha anladılar. “Həmçinin 23-dən 24-nə keçən gecə Azərbaycan ordusunun qarşı tərəfin tankını heyəti ilə məhv etməsi qondarma soyqırım tədbirlərinə marağı azaltdı”,-deyə millət vəkili qeyd etdi.
Aydın Mirzəzadə həmçinin bildirdi ki, artıq dünyanın nüfuzlu tarixçilərı “soyqırım”ın yalan olduğunu sübut ediblər. “Ona görə də erməni diasporasının da böyük tədbirlər keçirməyə marağı qalmayıb”,-deyə o, bildirdi.
Rəsmi İrəvan iddia edir ki, Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilər sistemli şəkildə məhv edilib. Türkiyə isə bu iddiaları qəbul etmir.
Bu 101 il ərzində dünyanın bəzi dövlətləri erməni lobbisinin təsiri və həmçinin Türkiyəyə qarşı öz istədiklərini qəbul etdirmək üçün “soyqırım” iddialarını tanıyıblar.
Məsələn, Türkiyə və Rusiya arasında münasibətlər korlandıqdan sonra rəsmi Moskva dolayısı yollarla “soyqırım” iddialarının qəbul etməyənlərə qarşı cəzaların tətbiq ediləcəyini gündəmə gətirdi. Amma Türkiyənin regionlar təsirləri Rusiya Dövlət Dumasında sənədin qəbul olunmaması ilə nəticələndi.
Həmçinin Avropa dövlətləri də daima Türkiyəni bu məsələdə sıxışdırmağa çalışır. Amma hazırda miqrant məsələsində rəsmi Berlinin və Parisin tək ümidi Ankaradır. Bu səbəbdən Almaniya kansleri Angela Merkel“soyqırım” tədbirləri ərəfəsində İrəvana deyil, Ankaraya səfər etdi.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dünya liderlərindən Sarkisyana ZƏRBƏ

    Dünya liderlərindən Sarkisyana ZƏRBƏ ...

    26-04-2016, 00:50

  • 
  • Olland Türkiyəyə səsləndi

    Olland Türkiyəyə səsləndi ...

    13-05-2014, 11:36

  • 
  • Porno ulduz: “Ermənistanda toy edəcəm”

    Porno ulduz: “Ermənistanda toy edəcəm” ...

    1-04-2014, 20:06

  • 
  • BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına cavab verib

    BMT Baş Assambleyasının prezidenti “erməni ...

    6-05-2021, 09:53

  • 
  • Stokholmda qondarma erməni soyqırımı aksiyası baş tutmadı

    Stokholmda qondarma erməni soyqırımı aksiyası baş ...

    25-04-2014, 12:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu