Quba rayonunda itkin düşən 15 yaşlı qızın intihar etdiyi müəyyənləşib.
gundemxeber.az DİN-in saytına istinadən bildirir ki, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib.
Onun meyidinin sudan çıxarılması üçün tədbirlər görülür.
Xatırladaq ki, aprelin 19-da günorta saatlarında Quba rayon sakini, 2001-ci il təvəllüdlü Güldanə Tağıyeva orta məktəbdən çıxmış və geri qayıtmamışdı. G.Tağıyevanın nişanlı olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?