Ermənistan ordusunun Qarabağda son görüntüləri yayılıb.
BAKU.WS-in Ermənistan KİV-nə istinadla verdiyi məlumata görə, qarşı tərəf cəbhə xəttinə texnika toplayır. Kəndlərimizi atəşə tutan ermənilər iri çaplı silahlardan, haubitsalardan istifadə edir.
Ermənistan KİV-nin yaydığı görüntülərdən qarşı tərəfin ordusunda yaşlıların olduğu diqqət çəkir. 90-cı illərdə Qarabağda döyüşmüş yaşlı ermənilər, Suriyadan, Livandan gələn erməni əsilli terrorçular Qarabağda cəmləşib. İnsanlıqdan çıxmış bu terrorçular xüsusilə gecələr kəndlərimizi atəşə tutaraq mülki şəxsləri hədəf seçirlər.
Fotolarda ermənilərin məhv edilən hərbi texnikaları da gözə dəyir. Məğlub olmağa məhkum olan Ermənistan ordusuna kişi qıtlığı səbəbindən qadınlar da cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?