Azərbaycanla Ermənistan arasında təkcə cəbhə xəttində yox, media sahəsində də informasiya müharibəsi gedir. Bu gün axşam saatlarında Ermənistan mətbuatında Azərbaycanın hərbi bazaları kimi təqdim olunan obyektlərin şəkilləri dərc edilib. Panarmenian.net Qarabagdakı separatçı rejimə istinadən iddia edir ki, Azərbaycan ordusu aprelin 28-də cəbhə bölgəsindəki yaşayış məntəqələrində – Çəmənli və Zəngişal kəndlərində hərbi bazalar yerləşdirib.
Şəkillərdə işarə edilən tikililərin hərbi obyekt olub-olmadığı əslində gürünmür.
Bununla da Azərbaycan Ordusunun müharibə vaxtı dinc əhalinin qorunmasına dair beynəlxalq konvensiyanın tələbini pozduğu iddia edilir. İstisna deyil ki, Ermənistan Azərbaycanın yaşayış məntəqələrini bundan sonra da atəşə tutmaq üçün ictimai rəydə zəmin hazırlayır.
Qeyd edək ki, son iki gün ərzində Ermənistan ordusunun Ağdamda və Tərtərdə yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir dinc sakin həlak olub, 8 nəfər yaralanıb, 58 bina, o cümlədən 2 məktəb binası dağıdılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?