Naxçıvan Muxtar Respublikasında 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, Naxçıvan şəhərinin Qoçu Əsgər məhəlləsində "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobil qadınları vurub. Nəticədə ağır xəsarətlər alan 63 və 34 yaşlı iki qadın vəfat edib.
Həmin qadınların ana və qızı olduğu məlum olub.
Hadisəni törədən Məhərrəm Bağırov Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində baş mühasib işləyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?