gundemxeber.az xeberle.com-a istinadən bildirir ki, dəhşətli hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb. Məlumata görə, xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib. Məlumata görə həmin şəxs elə yerindəcə keçinib.
Xəstəxana ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı. Telefon zənglərinə cavab verən tapılmadı. Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən isə xeberle.com-a hadisə barəsində məlumatsız olduqlarını bildirdilər. Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?