Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 2-də hava şəraiti dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Mayın 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-22 , dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb.
Sorğu
Yeni dizaynımız necədir?