GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhkumları niyə öldürürlər?

Məhkumları niyə öldürürlər?

Tarix: 3-05-2016, 18:36 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 0
Məhkumları niyə öldürürlər?

Həbsxanada ölüm halları ilə bağlı İlham Əliyevə müraciət edildi

Pentensiar Xidmətin Qobustan Həbsxanasında ölüm hadisəsi baş verib. Hadisə aprelin 21-də baş verib. Həbsxanada cəza çəkən ömürlük məhkum İsmayıl Fəxri oğlu Məmmədov həbsxanada ürək çatışmazılığından dünyasını dəyişib. İsmayıl Məmmədov 1999-cu ildə Ali Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Bundan başqa, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan həbsxanasında məhkumu öldürməyə cəhddə ittiham olunan Ramiz İmaniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Ramiz İmaniyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Ədliyyə Nazirliyinin Qobustan həbsxanasının 512-ci kamerasında baş verib. Ramiz İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin yatdığı yerdə üstünə qaynar su tökərək yandırıb.

Ağasadıq Əliyevə tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Ramiz İmaniyev Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 317-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, bundan əvvəl Ramiz İmaniyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə zamanı xəsarət alan Ağasadıq Əliyev isə “Eurovision 2012” mahnı yarışması ərəfəsində Azərbaycan Prezidentinə sui-qəsdə cəhddə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə təqsirli bilinib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunub.

Əlavə edək ki, Ağasadıq Əliyev Vüqar Padarovun rəhbərlik etdiyi dəstənin üzvü olub. İttihama görə, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirməyi, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, bu strukturların

əməkdaşlarını öldürülməyi və inzibati binalarda olan silah-sursat ələ keçirməyi planlaşdırıblar. Eyni zamanda bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.

Ömürlük məhkumların müdafiə komitəsinin sədri Müslümat Tzaxanova bildirib ki, aprelin 21-də növbəti Qobustan Həbsxanada ömürlük məhbus Samayıl Məmmədov ürək çatışmamazlığından vəfat edib: “Həbaxanaya Fikrət Qafarovun rəis təyin olunduğu gündən həbsxanada məhbus ölümlərinin səbəbi rəisin məhbusların saxlanma şəraitini öz qəddar metodlarından istifadə edilməsinin nəticəsidir. Onun qəddarlıqları nəticəsində özünəqəsd, vaxtında tibbi yardım göstərilməməsi, müəmmalı ölümlərin sayı bunu sübut edir. Həbsxanada baş alaraq gedən kobud qanun pozuntuları ilə məhbuslara tətbiq edilən mənəvi işgəncələr- səbəbsiz olaraq, qapalı kameralarda da insan ləyaqətini alçaldan tərzdə, ağrılı vəziyyətdə məhbuslara əl qandalı tətbiq edilməsi halları artıb. Hətta cərimə təcridxanada amansızcasına döyülərək, tam lüt soyundurub, qollarını ağrılı vəziyyətdə, çarpayıya qandallayaraq, uzun müddət belə vəziyyətlə saxlandığı barədə məhbus şikayəti də mövcuddur. Cüzi problemə görə əvvəl kluba apararaq amansızcasına döyüldükdən sonra cərimə təcridxanasına salınması, məhbusları zorakılıqla bir-biri ilə tam əkc xasiyyətli məhbuslarla bir kameraya salınması halları artıb”.

Komitə sədrinin sözlərinə görə, ömürlük məhkum Ramiz İmaniyev onunla bir kamerada qalmaması üçün həbsxana rəhbərliyinə müraciət edib: “Müraciət edəndən sonra Ramiz İmaniyevin kamerasını dəyişiblər. Amma sonradan yenə də Ramiz İmaniyevi zorakılıqla Ağasadıq Əliyevlə eyni kameraya salıblar. Onlar eyni kamerada olsalar da, heç vaxt yola getmədiyini rəis bilirdi. Eyni ilə hazırda Ceyhun Qəribovun, Arif Quliyevin həyatı təhlükədədir. Onlar da zorakılıqla bir-biri ilə uyğun olmayan xüsusiyyətli məhbusla bir kameraya salınmışlar. Ceyhun bədən xəsarəti də alb) , məhbusa mənəvi işgəncə növü olaraq, hər gün saxlandığı kameranı axtarış

bəhanəsi ilə kameranı tam dağıdıb, icazəli məişət avadanlıqları sındırılmaqla, ərzaqlarını yararsız hala salmaqla, bütün həyati vacib sənədləri, məhkəmələrlə, Dövlət Başçısı, əlaqədar nazirlik və idarələrlə, vəkil və nümayəndələrlə, hətta məxfi sayılan sənədləri ilə əlaqədar yazışmaları, konfiska edilərək əllərindən alınaraq mənəvi təzyiqlərə məruz qoyub, cəmiyyətdən tam təcrid edib, zorakılıqla sağlam məhbusu xəstə məhbusla bir kameraya yerləşdirməklə qəsdən xəstəliyə yoluxdurur. Bununla Fikrət Qafarov tərəfindən həbsxanada gestapo hitler saxlama şəraitinin yaradılması nəticəsində həbsxanada məhbus ölümünün sayını artırıb”.

Müslümat Rzaxanovanın sözlərinə görə, Avropa Şurası İşgəncələrə Qarşı Nazirlər Komitəsinin dəfələrlə ömürlük məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına tövsiyyələrinə baxmayaraq, bu gün Qobustan həbsxanasında məhbusların cəmiyyətdən tam təcrid olunması,vaxtında tibbi yardım göstərilməməsi, ömürlük məhbus mərkəzi müalicə müəssisəsinə xəstəliyin ağırlığına görə yox, həbsxana rəisindən icazə almaqla (icazə ala bilsələr) yanaşı xəstəxanada yer olanda aparılır: “Vu da onların ölümünə səbəb olur. Ömürlük məhbusları bu yolla məhv edilməsinin qarşısının alınması ilə əlaqədar dəfələrlə əlaqədar rəhbərliklərinə müraciət etsək də, bu artıq sistem halı alıb. Biz məhbus yaxınları hazırda məhbusların həyatına yaranmış təhlükənin qarşısının alınmasına, bütün insan haqları təşkilatlarına, əlaqədar nazirlik və idarə rəhbərlərinə,köməklik etməyini xahiş edirik. Dövlət başçısına müraciət edirik və xahiş edirik ki, ömürlük məhbusların işgəncələrlə öldürən, həbsxana rəisi Fikrət Qafarovun cinayətkar hərəkətləri araşdırılaraq, qanun çərçivəsində məsuliyyətə cəlb edilsin. Onun qəddarlıqlarını sübut edən kifayət qədər faktlar mövcuddur”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevə sui-qəsd hazırlayanı həbsxanada yandırdılar

    İlham Əliyevə sui-qəsd hazırlayanı həbsxanada ...

    25-04-2016, 14:39

  • 
  • Məhkəmə: «Mənə zorla vəhhabi namazı qıldırmaq istəyirdi»

    Məhkəmə: «Mənə zorla vəhhabi namazı qıldırmaq ...

    22-04-2016, 00:28

  • 
  • Həbsxanada məhbus intihar etdi

    Həbsxanada məhbus intihar etdi ...

    4-02-2016, 10:42

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • Sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum edilib

    Sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum ...

    20-04-2016, 23:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu